Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qarabağdakı yaralarımızı BELƏMİ SARIYIRIQ?

Qarabağdakı yaralarımızı BELƏMİ SARIYIRIQ?


9-06-2023, 14:56
Qarabağdakı yaralarımızı BELƏMİ SARIYIRIQ?
DİA.AZ: - "Bu, Şuşadakı poçt binasıdı. Təmirinə 7,8 milyon (!) manat pul ayrılıb. Divarlarına qızıl örtük çəkəcəklər yəqin..." DİA.AZ bildirir ki, bu fikirlər sosial şəbəkələrdə geniş müzakirə olunmaqda və etirazla qarşılanmaqdadır.

Etirazın nədəni aydındır... Vətəndaşlar 30 il sonra oğullarımızın qanı və canı bahasına azad edilən torpaqlarımızın quruculuğunda SƏMİMİYYƏT tələb edirlər... Amma...

İddialar isə tamam fərqlidir. Sosial şəbəkələrdə paylaşılan məlumatı təqdim edirik: "Təsadüfə bax ki, bu tenderi də "Kaizen" MMC udub.

Bakıda Mərkəzi Statistika Komitəsinin, Beynəlxalq Bankın, 4 nömrəli ASAN Xidmətin, Bərdə, Şəki və Masallıdakı ASAN Xidmət binalarını da bu şirkət təmir edib, eksklüziv mebel və kompüter təminatı da ona həvalə olunub".

Qarabağdakı yaralarımızı BELƏMİ SARIYIRIQ?

DİA.AZ bildirir ki, yixarıda sadalanan hər bir tenderdəki təklif olunan məbləğin və görülən işlərin miqyası belə deməyə əsas yaradır ki, ya sözügedən şirkət çox etibarlı tərəfdaşdır... ya da hansısa məmura çox yaxın... Hər halda, bu şəkildə milyonları boşuna səpələmək də olmaz... Görüntüdən də aydın olur ki, ayrılan vəsaitlə həmin poçt binasını bir neçə dəfə söküb-qurmaq olar...

Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt