Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > «Azərsu» vətəndaşlarla məzələnir? - Qurumun «qaynar» xəttini də don vurub…

«Azərsu» vətəndaşlarla məzələnir? - Qurumun «qaynar» xəttini də don vurub…


3-02-2014, 15:27
«Azərsu» vətəndaşlarla məzələnir? - Qurumun «qaynar» xəttini də don vurub…
DİA.AZ: - Soyuq qış günündə «Azenerji», «Azərsu» və «Azəriqaz»ın qışa nə qədər tədarüklü olduqlarını hər kəs gördü. Halbuki havaların kəskin şəkildə pisləşəcəyi əvvəlindən bəlli idi. Və bəlli olanı həm də o idi ki, qeyd olunan dövlət qurumları əvvəldən «QIŞA HAZIRIQ» şəklində bəyanatlar verərək, vətəndaşları arxayın salmışdılar.

Amma onların da Bakı şəhər icra hakimiyyəti qədərində yalan danışdıqları ortadadır. Belə ki, DİA.AZ-a müraciət edən bir qrup Bayıl sakini bu gün səhər saatlarından içməli su ilə təminatda problem yaşadıqlarını bildirir.

Sakinlərin sözlərinə görə, «Azərsu»ya bu barədə müraciət etmə cəhdləri də uğursuz alınıb: «Bu dövlət qurumuna dəfələrlə zəng etsək də, heç bir telefona cavab vermirlər. Sanki millətin qəsdinə durublar. Nə etməliyik? İndi bir su kəsilib deyənə, hansısa birimiz özünü yandırmalıdır ki, «Azərsu»nun harınlamış məmurları qəflət yuxusundan ayılsınlar?»

Sakinlər bildirir ki, qurumun qaynar xəttinə - «955» nömrəsinə ümumiyyətlə, yaxın düşmək olmur: «Dəfələrlə zəng etsək də, bu telefon nömrəsi daima məşğul olur».

Biz də redaksiya olaraq yoxladıq və bir saat ərzində «Azərsu»nun «qaynar xətti» ilə əlaqə yarada bilmədik. Görünür, qışın soyuğu onların qaynar xəttlərini də dondurub…

Geri qayıt