Əsas Səhifə > Güney Press, Üst manşet > Bəs generalın taleyi NECƏ OLACAQ?

Bəs generalın taleyi NECƏ OLACAQ?


14-06-2023, 08:04
Bəs generalın taleyi NECƏ OLACAQ?
Son vaxtlar ölkəmizdə yüksək vəzifəli şəxslərin dələduzluq əməllərinə görə həbs olunmalarının sayı, işə götürülülənlərin sayından çoxdur. Onu da xatırladım ki, həmin məmurların qohumları tərəfindən həyata keçirilən vətəndaşların etibarından sui-istifadə halları, dövlət qulluqçularını da hörmətdən salmaqdadır.
Belə ki, uzun illərdir özünü hər yerdə Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin qudası kimi təqdim edən İmanov Telman Qüdrət oğlu tərəfindən aldadılmış vətəndaşlar, mediaya üz tutaraq pozulmuş hüquqlarının bərpa edilməsi və onun ailəsinə dəyən maddi ziyanın ödənilməsi məqsədilə, bu faktların ictimailəşdirilərək, onlara köməklik etməyimizi istəmişdilər. Belə ki, Fövqaladə Hallar Nazirinin müavini, Orucəli Hacıyevin qudası, Telman İmanov çoxsaylı vətəndaşları aldadaraq, onların etibarından sui-istifadə edib, qudası Orucəli Hacıyevin vasitəsilə Fövqaladə Hallar Nazirliyində və digər nazirlik və idarələrdə işə düzəltmə adı altında külli miqdarda pul vəsaiti ələ keçirtmişdir.
Sadalanan faktların çoxluğunu nəzərə alaraq, onlardan bir neçəsini ictimaiyyətə təqdim edirik.
Ağcabədi rayon sakini olan şikayətçidən, Fövqaladə Hallar Nazirinin müavini Orucəli Hacıyevin qudası, Telman İmanov onu qudası Orucəli Hacıyevin təklif etdiyi Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində şöbə müdiri vəzifəsinə təyin etdirmək üçün 150.000 manat rüşvət lazım olduğunu bildirmiş və həmin vaxt həmin şəxs nağd pulunun olmadığı üçün Moskva şəhərində yerləşən dəyəri təxminən 100.000 ABŞ dolları olan mənzilini Fövqaladə Hallar Nazirinin müavini, Orucəli Hacıyevin qudası Telman İmanovun qohumunun adına keçirmişdir. Həmin vaxtdan bu günə qədər nə vətəndaşın işi düzəlmiş, nə də ona dəyən maddi ziyan ödənilmişdir. Pulu tələb edəndə isə Telman İmanov Fövqaladə Hallar Nazirinin müavini, qudası Orucəli Hacıyevin adıyla vətəndaşları müxtəlif üsullarla hədələməkdən belə çəkinmirdi. Vətəndaşlar iddia edirdilər ki, Fövqaladə Hallar Nazirinin müavini, general Orucəli Hacıyevin qudası Telman İmanov onlardan başqa, bir neçə nəfərdən də külli miqdarda pul alaraq dələduzluq etmişdirlər. Onların şikayəti əsasında Fövqaladə Hallar Nazirinin müavini, general Telman İmanov bir dəfə Binəqədi RPİ əməkdaşları tərəfindən saxlanılsa da, sonradan general Orucəli Hacıyevin köməkliyi ilə sərbəst buraxılmışdır.
Redaksiyamıza yeni daxil olan məlumata görə nəhayət ki, haqq yerini tapmışdır. Belə ki, bir neçə gün bundan öncə, Fövqaladə Hallar Nazirinin müavini, Orucəli Hacıyevin qudası Telman İmanov Bakı Apellyasiya Məhkəməsində, hakim Elbəy Allahverdiyev tərəfindən məhkəmə zalındaca həbs edilmişdir.
Xatırladaq ki, məlumatlı şəxslər onu da bildirirlər ki, Telman İmanovla yanaşı, Fövqaladə Hallar Nazirinin müavini Orucəli Hacıyev də həbs olunmalı idi. Çünki Telman İmanova Fövqaladə Hallar Nazirliyində işə düzəltmək adı altında alınan pulların göstərişini, məhz Fövqaladə Hallar Nazirinin müavini Orucəli Hacıyev vermişdir.
Araşdırmamız davam edir, mövzunu davam etdirəcəyik.
//gundelik-baku.com//
Geri qayıt