Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Lütfəli Babayevin adı yol maxinasiyasında hallanır

Lütfəli Babayevin adı yol maxinasiyasında hallanır


4-02-2014, 15:10
Lütfəli Babayevin adı yol maxinasiyasında hallanır
Zərdab rayonundan GUNDEMİNFO.AZ-a maraqlı bir məlumat daxil olub. Məlumata əsasən rayon mərkəzində Kürdəmir istiqamətində ,Zərdabın Otmabnoba kəndi istiqamətində inşa edilən magistral yol istifadə üçün 4 ildir təhvil verilməyib. Məlumata görə, rayonun Nəzəralı, Şahhüseynli, Qaravəlli bələdiyyəsini əhatə edən və 24 kəndi Kürdəmir, həmçinin də «İpək yolu» ilə birləşdirən magistral 4 ildir ki, icra başçısının şəxsi mənfəəti hesabına istifadəyə verilə bilmir. Redaksiyamıza daxil olan məlumata əsasən 2 il öncə inşa edilib istifadəyə verilən magistral yol icr başçısının 100 min manat «şapka» istəməsi səbəbindən təhvil-təslim edilməyib. Məlumata əsasən podratçı şirkətlə icra başçısı arasında müəmmalı danışıqlar səbəbindən yol yenidən təmir edilmək üçün bağlanıb.

Faktiki olaraq Zərdab rayonun əksər kəndlərini Bakı-Qazax magistral yolu ilə birləşdirən şossenin inşası Lütfəli Babayevə görə baş tutmur. Bu barədə rayondakı mənbələrimiz deyir ki, icra başçısı Kürdəmirlə sərhəddə olan Otmabnoba kəndləri ilə bağlantının da inşa edilməsinə manne olur. Cəmi 2 kilometrlik bir məsafə inşa edilmədiyindən, yolun istifadəyə verilməsi mümkün deyil. Məlumatlı şəxs iddi edir ki, Kürdəmirin icra başçısı İrşad Əliyevlə Lütfəli Babayev arasında yaşanan şəxsi qərəzlilik yolun da inşasını yubadır. Qeyd edək ki, bu informasiyanı verən mənbə həmçinin də bildirir ki, adıçəkilən yoldan Ağcabədi rayonun sakinləri Bakı-Qazax yoluna çıxmaq üçün istifadə edirlər. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləyin.

Geri qayıt