Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bələdiyyənin əmlakı rəsmən talan edilir - Salyandan narazılıq var

Bələdiyyənin əmlakı rəsmən talan edilir - Salyandan narazılıq var


4-02-2014, 16:06
Bələdiyyənin əmlakı rəsmən talan edilir - Salyandan narazılıq var
DİA.AZ: - 1999-cu ildən bu yana fəaliyyət göstərən bələdiyənin indiyənədək rayonda gözə dəyən bir mülkiyyəti belə yoxdur. İl ərzində hesabına daxil olan 80-100 min manat məbləğində vəsait müxtəlif üsullarla silinir. Hələ bu, necə deyərlər, hesaba alınanlardır.

DİA.AZ bildirir ki, bu vaxta qədər gəlib-getmiş üzvlərinin obyekləri şəhərin mərkəzində və ondan kənarda göz oxşayır. Qəribədir, deyilmi? O obyektlərin yerləşdiyi torpaq sahələrinin hamısı əvvəl Salyan bələdiyyəsinin mülkiyyətində olub. Adamlar sanki bələdiyyəyə ondan ötrü üzv seçilib ki, onun əmlakına da yiyələnsin.

Hazırda Salyan bələdiyyəsinin sədri Əşrəf Xanməmmədovdur. O, 2005-ci ildən bəri bu vəzifəni tutur. Onun bələdiyyə ərazisində satmadığı boş torpaq sahəsi qalmayıb. Satılan ərazilərin əksəriyyətini də yaxın qohumlarının və bələdiyyə üzvülərinin adına sənədləşdirib. Şəhərin mərkəzindəki dükanların və digər təyinatlı müxtəlif obyeklərin çoxu da bələdiyyənin sədrinə və üzvülərinə məxsusdur.

Ə. Xanməmmədov bununla kifayətlənməyərək, dövlət fondunda olan torpaqlarda da balıq gölləri yaradıb. Əməkdaşımızla söhbətləşən cənab Xanməmmədov bildirib ki , təkcə ötən il şəhər bələdiyyəsinin 87 447 manat gəliri olub və bu fakt illik hesabta da düşüb. Onun 20 800 manatı əmək haqqına, 1 000 manatı audut yoxlamsaına sərf olunub. Salyanda aparılan abadlıq, qurucluq işlərində də yaxından iştirak etdiklərini deyən bələdiyyə sədri, konkret faktlar da açıqlayıb: “Son üç ayda şəhərin işqlanmasına, yəni yanan lampaları dəyişməyə 3700 manat xərcimiz çıxıb. Peşə məktəbinin yataqxansını təmir etmişik, oxuyan əlaçı tələbələri mükafatlandırmışıq, 3 ədəd otbiçən də almışq. Novruz bayramında1300 manat xərcləmişik.”

Sədrin dedikləri hər kəsi heyrətləndirə bilər. Gör təkcə küçə işıqlandırma lampalarının (hamısının yox ha, təkcə yananlarının) dəyəri 3700 manat pul aparıbsa, onda elektrik dirəkləri milyonlara başa gələ bilər. Novruz bayramı günlərində 1300 manatı nəyə xərcləmələri və ondan kimə, nə qədər pay çatması barədə danışmaq istəməməsindən belə düşmək olar ki, xeyirhaq bələdiyyə üzvləri, qənd, çay, düyü, boyanmış yumurta, qoz, fındıq və s məhsullar olan bağlamalar hazırlayaraq, gizlincə imkansızların qapısndan içəri qoyub qaçıblar.

Amma nədənsə bu qədər imkanı və səxavətli rəhbəri olan təşkilatın indiyədək bir kimsəsizn yas mərasiminə yardım etməsi barədə eşitməmişik. Əşrəf Xanməmmədovun daha bir maraqlı açıqlaması olub. O, bildirib ki, şəhər bələdiyisənin ehiyat fonduna aid edilən 24 ha əkilən torpaq sahəsinin adı bizim olsa da, dadı başqasınındr: “Həmin sahəni bizdən əvvəlkilər illik 500 manata olmaqla 15 illik müddətə icarəyə veriblər. Səhələr kiçik hissələrlə10 adamın adına sənədləşsədə, faktiki istifadəçi isə 1 şəxsdir. Heç o da istifadəçi deyil. İcarəyə götürdüyü yeri başqa bir adama 4 000 manata icarayə verib.İndi özünüz hesablayın, adam15 ilə bizə cəmi 7 500 manat pul koçürməlidir, özü isə 60 min manat icarə haqqı alacaq.”

DİA.AZ bildirir ki, Ə. Xanməmmədov torpaq sahələrini geri almağa gücü çatmadığını da etiraf edib. Şəhərdə satmağa bir yer qalmadığından Kür çayının Salyan şəhərindən keçən hissəsində inşa edilən körpünün hazır olmağını səbrsizliklə gözlədiklərini də gizlətməyib. Çayın o biri sahilində, Babazanlı ərazisndə qalan xam torpaqlar da Salyan bələdiyyəsinin xəritəsində və sədrin şəxsi marağındadır.

Necə ki, bələdiyyənin perespektiv inkişaf fondunda olan 8 hektarlıq torpağı son 4 ildə sotunu 200 manatdan yurd yeri kimi satıb xırıd ediblər. Təkcə alqı-satqıdan bələdiyyənin hesabına 160 min manat pul vəsaiti daxil olub.

Bu, bir az əvvəldə qeyd etdiyimiz kimi, hesaba alınanlardır (onlar isə gözə kiçik rəqəmlərlə görünən əmək haqqı, işıqlandırma lampalarının dəyişdirilməsi, təqaüd, nəzir-niyazla silinir). Hesaba alınmayanlar isə müxtəlif şəkldə əmlaka (məsələn, müavini üçün dəyəri 48 min manat olan “JEEP”ə, Salyanın hər tərəfində göz deşən marketə, Bakıda mənzilə və s.) çevrilir.

Geri qayıt