Əsas Səhifə > Güney Press, Manşet, Reklam > `Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...

`Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...


24-06-2023, 09:01
`Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...
DİA.AZ: - Özünü hər addımbaşı "Ölkənun ən böyük mobil operatoru" kimi təqdim edən, amma gerçəkdə böyüklüyündən əsər-əlamət qalmayan "Azercell"dən vətəndaş şikayətləri durmadan artmaqdadır. DİA.AZ bu qəbildən olan növbəti gileyi təqdim edir və ümid edirik ki, sözügedən şirkət gərəkən reaksiyanı verib, müştərisinin səsini eşidəcək.

`Azercell` müştərisini ÇİLƏDƏN ÇIXARDI...

Bəyaz Əli oğlu adlı istifadəçi "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır:

"Şikayətim "Azercell"dəndir. Yeni nömrəyə 3 manat balans hədiyyə verir. Onu da ancaq "gəncol" tarifinə qoşula bilərsən.

"Gəncol" tarifi də 2-6-9+ (azn) tarifləri var. 3 manat hədiyyə balansla 2 manatlıq "gəncol" tarifini qoşulmaq da olmur.

Deyir ki +3manat da yüklə 6manatlıq qoşul.

Başa düşə bilmirəm e. Hədiyyə vermisən, sənin nəyinə qalıb mən onu necə işlədəcəm. Dəlixanıdır, e Vallah..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt