Əsas Səhifə > Güney Press, foto, Üçüncü sektor > Sosial yönümlü hökumətin “qanpulu” yeyintisi
Sosial yönümlü hökumətin “qanpulu” yeyintisi29-06-2023, 09:12 |
DİA.AZ: - Ötən ildən Prezidentin 23.12.2021 tarixli 1513 saylı Fərmanına uyğun olaraq 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyünün , müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsində əlilliyi müəyyən edilmiş şəxslərə birdəfəlik sığorta ödənişinin , eldə deyildiyi kimi, “qanpulu”nun verilməsini ƏƏSMN həyata keçirir. İl yarım keçib , hələ də məcburi icra olunmalı olan fərman tam icra olunmayıb. Proaktiv, yəni heç bir sənəd tələb edilmədən Qarabağ əlillərinin Beynəlxalq Bankdakı bank hesabına köçürülməli olan birdəfəlik ödəmənin təyinatı üzrə ödnilməməsinin nədəni nə ola bilər? Heç demə, sosial yönümlü hökumətin sosial yeyimli siyasəti bu yol Qarabağ qazilərinin “qanpulu”na yönəlib. Başına gələn başmaqçı olar, deyiblər, bu sətirlərin yazarının başına gələnlərdən hökumət nağıllar, əfsanələr uydurmaqdadır. Ortalıq bir il qabaq DİN Hərbi Həkim Komissiyasının “Xəstəlik haqqında şəhadətnamə”sinin ƏƏSMN altsisteminə inteqrasiya edilməli olmasını 142 çağrı mərkəzindən bildirib, bundan sonra heç bir problemsiz ödənişin hesaba keçiriləcəyi və bu barədə sms-bildirişlə bilgi veriləcəyi deyilib. 26.05.1993 tarixli şəhadətnamə 2022-ci ilin dekabrın əvvəlində altsistemə daxil edilib və dekabrın ortalarında DSMF-in icbari şəxsi sığorta qurumundan zəng edib, “qanpulu”nun gələn il köçürüləcəyini bildiriblər. 2023-cü ilin fevralında “DOST” Agentliyinin səyyar xidməti gərəkən sənədləri götürüb , bir daha DSMF-in uyğun qurumuna təqdim edib. 16.02.2023-cü ildə DSMF-dən Kənan adlı əməkdaş zəng edib, “Azərsığorta”nın 2019-cu ildə 8800 manat ödədiyi haqqında DSMF-ə bilgi verdiyini deyəndə, növbəti dələduzluq faktı ilə üzləşdiyini anlayzn 1-ci dərəcəli Qarabağ qazisindən sığorta şirkətindən ödəniş almadığı haqqında arayış gətirməyi (?-M.B.) istəyiblər. Ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına, Maliyyə Nazirliyinə , Hesablama Palatasına şikayətlərə cavab olaraq Dövlət Sığorta Kommersiya Şirkəti (DSKŞ) sədrinin müşaviri Ceyhun Qurbanlı konkret “ 19.03.2019-cu ildə Qarabağ əlilinə 8800 manat ödənilibmi?” sorğusuna cavab verməyə “zəruri araşdırma ehtiyacının” olduğunu, 3 aylıq araşdırmadan sonra ödənişin sübutunu “tapmadığından” Ədliyyə Nazirliyinin Binəqədi icra şöbəsi vasitəsilə ödədiyini bildirib, sözügedən icra şöbəsini özünə cinayət ortağı etmək yolunu tutub. Bu faktlar “qanpulu” yeyintisini ortaya qoysa da , DSMF-in icbari sığorta qurumunun müdiri Kənan Hüseynov inadla DSKŞ-ya gedib, oradan arayış gətirilməsini təkrarlayıb. Özbaşınalığa baxın, , Qarabağ qazisindən “qara otaqda olmayan qara pişiyi tapmaq” tələb olunur. Onu da vurğulayaq ki, DSKŞ-nın keçmiş hüquq müdiri Əfqan Mirzəyev Qarabağ qazilərinin , şəhidlərin “qanpulu”nu yemək siyasətini indi DSMF-in icbari sığorta qurumunda sürdürür. DSMF -in sözügedən qurumu Əfqan Mirzəyevin “qanpulu” yemək təcrübəsindən uğurla yararlanır. Fikir verin, vurğuladığımız kimi , öncə heç bir problem olmadığını bildirən Fondun sığorta xidmətçiləri il yarımdan sonra DSKŞ-nın 24.01.2022-ci il tarixində 19.03.2019-cu ildə 8800 manat ödəməsi haqqında bilgi verdiyini bildirir. Belə çıxır, dövlətin qazilərə ayırdığı sosial ödəmə sosial sığorta, müdafiə qurumlarının yeminə çevrilir . Ədliyyə Nazirliyinin icra şöbələrinin də ortaq “mütəşəkkil” yemdə payı var. 26 iyun - Azərbaycan Silahlı Qüvvələr günü qabağı DSMF-in , axırı, “qanpulu”nu bank hesabına keçirəcəyini gözləmək olardı. Di gəl ... Fondun dövlət icbari şəxsi sığorta məsələləri departamentinin əməkdaşı Cəfər Salmanovun hazırladığı Ədliyyə Nazirliyinin Binəqədi icra və probasiya şöbəsinə məktubla idarə heyətinin sədr müavini xahiş edib ki, 1-ci dərəcəli Qarabağ qazisinə məhkəmə qərarı əsasında ödənilən 8800 manat sığorta ödənişi barədə Fonda məlumat versin. 25 iyunda verilən 03.06.2023 tarixli məktubda bildirilir :”Dövlət Sığorta Kommersiya Şirkətinin Fonda təqdim etdiyi RƏSMİ MƏLUMATA əsasən.. Binəqədi icra şöbəsi tərəfindən Şirkətin BANK HESABINA QOYULMUŞ SƏRƏNCAMLA 8800 manat silinib. Silinmiş vəsait Qarabağ əlilinə 19.03.2019-cu ildə sığorta ödınişi şəklində köçürülüb”. Qaziyə kəçürüldüyü deyilən 8800 manatı , görəsən, dövlətin hansı (publik) şəxsi yeyib ? DSKŞ, DSMF, yoxsa Ədliyyə Nazirliyinin icra şöbəsi? Hələ ki, Qarabağ qazisi suala cavab tapa bilmir ; deyəsən, ritorik sualdır, “qanpulu”nu hələ də yeyib-bölüşdürə bilmirlər. “Qanpulu” yeyintisində pay bölgüsü sosial hökümət məmurlarının “kommersiya sirri” olsa da, nəzarətedici qurumlara gizlin ola bilməz. Deyəsən, nəzarətedici qurumların da “ qanpulu” yemində öz payları var.... Məğrur Bədəlsoy - DİA.AZ Geri qayıt |