Əsas Səhifə > Güney Press, Reklam > Azercell-dən 2 gün pulsuz danışıq imkanı!
Azercell-dən 2 gün pulsuz danışıq imkanı!5-02-2014, 13:07 |
Soyuq qış günlərində Azercell həm özünün daimi, həm də şəbəkəsinə yeni qoşulmuş abunəçilərini yeni kampaniya ilə sevindirir. Belə ki, 5 fevral tarixindən etibarən şirkətin bütün Fakturasız Xətt (SimSim) abunəçiləri “2 gün pulsuz danış” kampaniyasına qoşula bilər. 5 mart 2014-cü il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər bir abunəçi yeddi gündən 2-sini 4,5 milyonluq Azercell ailəsinin digər üzvləri ilə pulsuz danışmaq imkanı qazanacaq. “2 gün pulsuz danış” kampaniyası, həmçinin, kampaniya dövründə Azercell-in şəbəkəsinə qoşulan abunəçilərə də şamil olunacaq. Onu da qeyd etmək lazımdır ki, abunəçilər kampaniyanın sonuna qədər təqdim olunan fürsətdən bir neçə dəfə istifadə edə bilərlər. Qeyd edək ki, kampaniya abunəçiləri 1010 qisa nomrəsinə SMS gondərməklə kampaniyaya qoşulduqları an özlərinin pulsuz danışıq günləri haqda məlumatlandırılacaqlar. Pulsuz günlər haqqında məlumatı, həmçinin, 1010 qısa nömrəsinə boş SMS göndərərək də almaq olar. Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl mobil təkliflərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim edəcək. Geri qayıt |