Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > `Azenerji`dən daha bir müəmmalı TENDER...
`Azenerji`dən daha bir müəmmalı TENDER...7-07-2023, 10:49 |
DİA.AZ: - Dünən başında Balababa Rzayevin dayandığı “Azərenerji” ASC ilə bağlı bir məlumatı paylaşdıq. Xəbərdən də aydın olurdu ki, "Azenerji" 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub. DİA.AZ-ın məlumatına qeyd olunurdu ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub. Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb. Onu da bildirək ki, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Aydın olurdu ki, “Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb... Daha ətraflı aşağıdakı metrialda: Balababa Rzayevin bala-bala tender oyunları... - BU DA FAKT!!! İndi isə aydın olur ki, tenderi tenderə calayan "Aznereji" daha bir şübhəli ortağa büdcə pullarını ötürməkdədir. Aydın olur ki, "Azərenerji" ATSC "Müxtəlif növ inşaat mallarının satınalınması" tenderinin nəticələrini elan edib. DİA.AZ xəbər verir ki, qalib "Constructor Supply Services" MMC (VÖEN: 3101632501) olub. Şirkətlə 978 869 manat məbləğində müqavilə imzalanıb. Biz dia-az.life olaraq sözügedən şirkətlə və ümumiyyətlə "Azenerji"nin digər tender partnyorları ilə bağlı araşdırma materialı hazırlayırıq və yaxın günlərdə həmin materialı təqdim edəcəyik. Buna qədərsə, dözlətin müvafiq qurumlarının gərəkən təftişi keçirəcəyinə də ümid edirik. Hər halda, sonuncu olaraq tender qazandırılan "Constructor Supply Services" MMC də "az aşın duzu deyil"... Bu barədə növbəti yazıda. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |