Əsas Səhifə > Güney Press, Reklam, Üst manşet > 'Azercell'in müştərisi DAD DEYİR...

'Azercell'in müştərisi DAD DEYİR...


9-07-2023, 10:07
'Azercell'in müştərisi DAD DEYİR...
DİA.AZ: - "Şikayətim "Azercell"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" Cəlal Cəfərov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Hər ay, nömrəni aldığım gündən 27 manat ödəyirəm. 12 manat danışıq, 15 manat internet üçün.. İyun ayının 30-u xəttim bağlandı. 27 manat ödədim. 1 manat da əlavə sms radar üçün ödədim.

Hər ay olduğu kimi indi xəttimi yenə bağlayıblar ki, 12 manatlıq danışıq paketinin borcudur. Yaxşı, bəs mənim yerdə qalan 12 manatım nə oldu? Operator robot cavabları verir... Axırda da deyir, biz sizə məlumat verdik, gedin, ödəyin açılsın...

Amma heç bir məlumat verilmir. Qeyd edim ki, hər iki paketin yenilənmə tarixi eynidir, nömrəni alan gündən də eyni qaydada ödəyib istifadə edirdim..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


'Azercell'in müştərisi DAD DEYİR...
Geri qayıt