Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Şərur sakinləri susuz qalıb: “Biz də yaşamaq istəyirik…”
Şərur sakinləri susuz qalıb: “Biz də yaşamaq istəyirik…”13-07-2023, 12:45 |
Şərur rayonu, Qarxun kənd sakinləri tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər susuzluqdan əziyyət çəkdiklərini bildirirlər: "Hörmətli redaksiya! Sizdən xahiş edirik ki, bizim problemimizi işıqlandırasınız. Şərur rayonu, Qarxun kənd sakinləri olaraq müraciət etmədiyimiz yer qalmayıb. Lakin bizə cavab verilmir, əkin sahələrimiz susuzluqdan məhv olur. 2 həfdədir kanala su vurulmur, vurmurlar. Hər yay başımıza belə oyunlar açırlar. Gizlin-gizlin gedib suyu açırıq, görən kimi bağlayırlar. Kənd sakinlərinə qəsd edirlər. Hansı kənd pul verirsə, suyu onlara verir, pulu olmayanın da bizi kimi əkini susuzluqdan quruyur. Kəndimizdə suya baxmağa Əli adında birini qoyublar. Oğlu da su idarəsində işləyir. Əli də Əmir müəllim adında olan adamdan əmr alıb, su verir. Əmir ancaq rüşvət qarşılığında su verir. Əliyə su deyən kimi cavab verir ki, “mən Əmir müəllimdən tapşırıq alıram, pulumu ondan alıram, o, hara desə, suyu ora verirəm”. Belə iş olar? Biz nə edək, yaşamayaq? Həftənin 5-ci günü yığılıb icra başçısının qəbuluna getdik. Suya görə, bizim kimi bir çox kəndlərdən gəlmişdilər. İcra başçısı Kamal müəllimin qəbuluna girən şikayətçilərdən birini polis ilə hədələdilər. Ona dedilər ki, get sakit otur, elə etmə, səni içəri saldıraq. İcra başçısının qəbulunda bizə deyirlər ki, əkməyəydiniz, biz günahkar deyilik, su vacib hara lazımdırsa, ora verilir. Belə rəhbər olar, belə biabırçılıq heç yerdə olmaz. Pul bunların gözünü örtüb. Nə qədər rüşvətlə su vurdurmaq olar, axı, biz o əkindən nə qazanırıq ki, rüşvət də verək. Kənd soveti ümumiyyətlə problemləri eşitmək istəmir. Biz pul istəmirik, yemək də istəmirik, imkan versələr özümüz özümüzü dolandırarıq. Amma imkan vermirlər, ölümümüzə çalışırlar. Bu azmış kimi, bir də kənddə yeni daxili qoşunlar üçün hərbi hissə tikildi. Bir az quyuda su olan kimi onlar çəkir, biz yenə susuz qalırıq. Onları da qınamaq olmur, su insan həyatı üçün önəmlidir, amma biz də yaşamaq istəyirik. Bütün kənd sakinləri adından sizdən xahiş edirik, bizim bu problemimizi işıqlandırın. Hara gedək, harda yaşayaq, bilmirik. Pulumuz olsa belə, rüşvətxor məmurların əlində qalmarıq. Nə qədər ailəmizi, uşağımızı qoyub yad ölkələrə gedək? Naxçıvanda bütün vəzifəyə sahib olan məmurlar, inanın, heç prezidentdən də qorxmurlar, gec-tez öz istədiklərini edirlər". Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |