Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Qırğızıstandakı səfirimiz yatıb..: Soydaşlarımız isə BASQI ALTINDADIR...

Qırğızıstandakı səfirimiz yatıb..: Soydaşlarımız isə BASQI ALTINDADIR...


14-07-2023, 11:26
Qırğızıstandakı səfirimiz yatıb..: Soydaşlarımız isə BASQI ALTINDADIR...
Son 20 ildə Orta Asiyanın keçmiş postovet ölkəsi Qırğızıstanda 3 inqilab baş verib. “Narıncı inqliablar” dövrünün ümidverici ölkəsi qısa müddətdə siyasi və iqtisadi sistemdə genişmiqyaslı islahatıar apararaq sovet ənənələrindən uzaqlaşmağa çalışdı. Amma demokratiya ənənələrinin yoxluğu bu kiçik ölkədə islahatların ömrünü qısaltdı, Qırğızstan tədricən avtoritar-korrupsiyalaşmış qonşularının yanına qayıtdı.

“Transparency International” təşkilatının 2022-ci ildə açıqladığı korrupsiyanı qavrama indeksi üzrə qlobal hesabatında Qırğızıstan 44 balla 180 ölkə arasında Azərbaycan Cibuti, Qırğızıstan və Ukrayna ilə birlikdə 126—129-cu yerləri bölüşdürür.

Seçki sistemində rəqabətli seçkilər üçün şərait olsa da, 2021-ci ildə hakimiyyət kürsüsünə yiyələnmiş Sadr Japarovun əlində böyük səlahiyyətlər cəmləşib, onun mənsub olduğu partiya parlamentdə əsas yerələrə sahibdir. Ölkədə korrupsiya, rüşvət, neopotizim geniş yayılıb, hüquq mühafizə orqanlarının sahibkarlara, xüusən xarici investorlarala qarşı təzyiqləri vüsət alıb. Qırğızıstan son illərdə invetsiya mühti kəskin pisləşən ölkələr sırasındadır.

2022-ci ilin fevralın 24-də – Rusiya-Ukrayna müharibəsinin başladığı dövrdən qonşu xalqlar üçün bu ölkənin əhəmiyyəti artmağa başlayıb. Bir çox ölkələr Rusiya ilə sərhədləri bağladığı, viza rejimini sərtləşdirdiyi halda Qırğızıstan müharibədən qaçan ruslara qucaq açıb. Varlı rus oliqarxlar 10-14 min dollar qarşılığında bu ölkənin pasportunu əldə etməklə Avropa ölkələrinə rahat səyahət etmək imkanı əldə edib.

Qısa müddətdə bu kiçik ölkəyə böyük pulların gəlməsi yerli hakimiyyətin iştahasını artırıb.

DİA.AZ bildirir ki, Gununsesi.info-nun bu ölkədəki biznes çevrələrindən əldə etdiyi məlumata görə, yüksək çinli məmur tətbəqəsi rus oliqarxiyasına xidmət etməklə milyonlar əldə edib. Hədsiz varlanan, hüdudsuz imtiyazlardan başgicələnnməsi keçirən dövlət qurumları, xüsusən hüquq-mühafizə qurumları daha böyük sərvət əldə etmək üçün xarici investorlara hücuma keçib.

Mənbə bildirir ki, Qırğıstana sərmayə yatırmış, bu ölkə ilə iqtisadi-ticarət əlaqələri saxlayan iş adamlarının günü qara olub. Onlar polis tərəfindən tez-tez saxlanılır, iş yerlərində, anbarlarda reydələr keçirir və astronomik məbləğdə cərimə təyin edirlər. Bəzən kiçik bir bəhanə ilə xarici işə adamları 300-400 min dollar cərimələnir. Yerli hakimiyyətə, məhkəməyə edilən şikayətlərə isə birmənalı şəkildə baxılmır. Çünki bu koormların hamısı nəhəng korrupsiya pramidasının hissələridir.

Verilən məlumata görə, çoxlu sayda azərbaycanlı sahibkarlar da Qırğızıstanda baş alıb gedən dövlət reketçiliyinin qurbanına çevriliblər. Onların bir çoxu külli miqdarda cərimələndiyindən biznesini davam etdirə bilməyəcək duruma gəliblər.

İş adamları bildirilər ki, Azərbaycanın Qırğızstandakı səfirliyi onların problemlərinə diqqət ayırsa, üzləşdikləri problemləri bu ölkənin hakimiyyət orqanları qarşısında qaldırsa, bəlkə rahat nəfəs ala bilərlər. “Biri var, hansısa reket, cinayətkar qruplar, biz də var ki, dövlət özünü krminal dəstələr kimi aparır, bu halda hansısa xarici investor, iş adamı nə edəcəyini bilmir, dövlətimiz bizə kömək eləsə, ola bilsin hücumlara ara verərlər”, deyə Gununsesi.info-ya danışan mənbə səfirliyimizi baş verənlərə göz yummaqda qınayır.

Geri qayıt