Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Heydər Əsədov nazir postunda ilk dəfə olaraq hücum hədəfinə çevrilir

Heydər Əsədov nazir postunda ilk dəfə olaraq hücum hədəfinə çevrilir


7-02-2014, 14:43
Heydər Əsədov nazir postunda ilk dəfə olaraq hücum hədəfinə çevrilir
DİA.AZ: - Hakimiyyət daxilində yeni münaqişə ocağı yarana bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya ötürüb. Xəbəri verən qaynaq iddia edir ki, son günlər kənd təsərrüfatı nazirliyində cərəyan edən olaylar, yeni nazir Heydər Əsədovun köhnə nazir İsmət Abbasovdan qalma gəlir nöqtələrinə etdiyi həmlələr, habelə bu zaman hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasova qarşı kompromat savaşının açılması tərəflərin arasında böyük gərginliyə nədən olub.

Məlumatlı mənbənin söylədikləri: «Heydər Əsədovun hətta «Aqrolizinq»də yoxlamalar apartdırması, İsmət Abbasova axın olan kadrları açıq şəkildə sıxışdırması aradakı şiddəti daha da artırıb. İş o həddə çatıb ki, İsmət Abbasov Heydər Əsədovu durdura bilməsi üçün hərəkətə keçib».

Mənbənin iddialarına görə, İsmət Abbasovu Əli İnsanovu dəstəkləyən şəxs kimi tanıtmağa çalışan Heydər Əsədov ona olan etimada kifayət qədər ciddi zərbə vura bilib: «İndi isə cavab haqqı İsmət Abbasovda olduğundan Heydər Əsədov hücumlara hazır olmalıdır».

Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt