Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Daha 7 rayonun rəhbəri ilə bağlı qərar veriləcək
Daha 7 rayonun rəhbəri ilə bağlı qərar veriləcək19-07-2023, 11:05 |
DİA.AZ: - Əhəd Abıyevin Daşkəsən RİH başçısı postundan alınması ilə yerli KİV-də sıranın hansı icra başçısında olacağı haqda müxtəlif informasiyalar paylaşılmaqdadır. DA.AZ bildirir ki, ilk adları çəkilənlər Samux və Xocavənd rayonlarının rəhbərləridir. Amma bu da hamısı deyil. DİA.AZ-a daxil olan informasiyadan aydın olur ki, daha 5 rayonun rəhbəri ilə bağlı qərar veriləcək... Onların kimlikləri də açıqlanır: 1. Lənkəran ŞİH başçısı Taleh Qaraşov; 2. Şəki RİH başçısı Elxan Usubov; 3. Qusar RİH başçısı Şair Alxasov; 4. Füzuli RİH başçısı Alı Alıyev; 5. Yasamal RİH başçısı Elşad Həsənov DİA.AZ onu da xatırladır ki, eyni zamanda yerli KİV-də ilin sonlarına yaxın referendumun keçiriləcəyi və ümumiyyətlə, icra başçısı postunun ləğv olunacağı haqda da informasiyalar yayılıb. Geri qayıt |