Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvanda YENİ XAN ZÜLMÜ...

Naxçıvanda YENİ XAN ZÜLMÜ...


24-07-2023, 11:12
Naxçıvanda YENİ XAN ZÜLMÜ...
Naxçıvandakı təqiblərdən qaçıb Türkiyədə gizlənən Ceyhun Məmmədov deyir ki, hakimiyyət orqanları ondan qisas almaq üçün ailə üzvlərini hədəf seçib. Şikayətçinin sözlərinə görə, sonuncu dəfə iyulun 20-də Naxçıvan şəhər Prokurorluğunun əməkdaşları onun evində qanunsuz axatarış aparıb, həyat yoldaşını hədələyib, təhqir ediblər. Prokurorluq əməkdaşlarının əllərində isə, axtarışla bağlı sanksiya olmayıb.

DİA.AZ-ın məlumatına görə, Ceyhun Məmmədov „Gündəlik Naxçıvan”a bildirir ki, təqib olunmasına səbəb vaxtilə əlindən alınmış əmlakını geri tələb etməsi olub. Şikayətçinin sözlərinə görə, yerli hakimiyyət orqanları əmlakının geri qaytarılması ilə bağlı məhkəmə qərarına məhəl qoymayıblar. Haqqını tələb etdikdə isə, Naxçıvan şəhər Prokurorluğu susdurmaq üçün, saxta şahidlər vasitəsi ilə ona qarşı qondarma cinayət işi açıb. Naxçıvan şəhər sakini olan Ceyhun Məmmədov deyir ki, guya kimlərəsə olan iki min manat borcunu qaytarmamaqda ittiham olunur.

Vətəndaşın müraciəti aşağıda:

VİDEOya baxmaq üçün BURA TIKLAYIN...

Geri qayıt