Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Vəndam meşələri: BURALARA QƏNİM KƏSİLƏN VAR...
Vəndam meşələri: BURALARA QƏNİM KƏSİLƏN VAR...26-07-2023, 14:55 |
DİA.AZ: - "Məlumdur ki, Azərbaycan adambaşına düşən meşə sahəsinə görə dünyada axırıncı yerlərdən birini tutur. Hər cür təbii sərvətlərə malik ölkəmiz bu sarıdan bəxti gətirməyən ölkələrdəndir. Meşə sahəsinin azlığı iqlimə və su hövzələrinə ciddi təsir göstərir. Dövlət hər il yaşıllıq sahələrinin salınmasına, meşələrin inkişafına milyon manatlarla vəsait xərcləyir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Lakin və təəssüf ki, bu milyonlar bəzən yarıtmaz və acgöz insanlar tərəfindən göyə sovrulur, təbii meşələr soyqırıma məruz qalır. Təbiətə qənim kəsilib onun ağ ciyərlərini məhv edənlərdən biri də Qəbələdəki Vəndam meşəbəyiliyinin dağ zonasında sahə rəisi olan Kənan Fətullayevdir. Tabeliyində olan 8 gözətçidən birinin Ramin adlı gözətçinin məsul olduğu ərazidə Səhiyyə qırıntısı sahəsi var. Həmin sahədə ağacların kəsilməsinə ETSN tərəfindən icazə verilməməsinə baxmayaraq, Kənan Fətullayev orada əməlli-başlı fəaliyyətə keçib meşələrin anasını ağladır, kəsilmiş ağacların izini itirmək üçün köklərini çıxarıb məhv edir. Onu da qeyd edək ki, qonşu ərazidə- Qərib adlı gözətçinin sahəsində qanunsuz ağackəsmə ilə əlaqədar cinayət işi başlanılıb və Korrupsiyaya qarşı mübarizə idarəsi istintaq işini Qəbələ Rayon Prokurorluğuna göndərib. Sahə rəisi olmasına baxmayaraq, Kənan Fətullayevi istintaqa çağıran, dindirib söylədən yoxdur. Çünki gözətçinin aldadaraq yalan ifadə verdirib və indi də çəkilib durub qıraqda. Guya ki, bu işlərdən zərrə qədər xəbəri yoxdur və gözətçi özbaşına bu qədər ağacı kəsib. Kənan Fətullayevin “toxunulmaz” olmasının səbəbkarı da məlumdur. Bu adam Kənanın kirvəsi Əkrəm Babayevdir. Əkrəm müəllimin himayəsində olan Kənan 2020-ci ildən barəsində başlayan cinayət işində sıyırlıb Vəndam sahəsinə transfer edilib. Bu transfer də həmin meçə sahəsinin ağlar günə düşməsi ilə nəticələnib. Məsələdən xəbəri olanlar da mat qalıb ki, ölkədə bu qədər vəsait xərclənib meşə sahələri salındığı halda, Kənan Fətullayevin meşələrə qənim kəsilməsinə nədən göz yumulur? Yəqin ki, bu su və digər suallara cavab verən tapılacaqdır". Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |