Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Dövlət Vergi Xidmətinin şöbə müdiri obyektində işlətdiyi fəhlələrin pulunu vermir
Dövlət Vergi Xidmətinin şöbə müdiri obyektində işlətdiyi fəhlələrin pulunu vermir26-07-2023, 16:17 |
Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində kirayədə yaşayan Qarabağ qazisi Tağıyev Sübhan Rövşən oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət daxil olub. Aidiyyəti qurumlara müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik: “Hörmətli redaksiya! Mən, Qarabağ qazisi Tağıyev Sübhan Rövşən oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimə aydınlıq gətirəsiniz. Deməli, usta yoldaşım Əliyev Əsgər İmran oğlu ilə birgə martın 19-dan aprel ayının sonunadək Lerik rayonu, "Çənlibel" istirahət mərkəzində işləmişik. Ailəmi dolandırmaq üçün məcburən ustalıq edirəm. Obyektin sahibi, Dövlət Vergi Xidmətinin şöbə müdiri vəzifəsində işləyən Hacıyev Nurəddin müəllim bizim 2000 AZN həcmində əmək haqqımızı mənimsəyib, ödəmir. Təəssüflər olsun ki, əmək müqaviləsi bağlamamışıq. Bizi “bü gün, sabah” deyərək aldadıb. Əmək müqaviləsi bağlamağa qoymadı ki, mən nazirlikdə şöbə müdiri vəzifəsində işləyirəm, narahat olmayın. İşsizlik ucbatından bu şəxsin yalanlarına uyub, işimizi görməyə məcbur olmuşuq. May ayının 1-də Birinci vitse-prezident Mehriban Əliyevaya teleqram vurmuşam. Mayın 8-də Lənkəran Regional İnkişaf Birliyindən zəng edərək, “siz orda işləməmisiz, sübutlar təqdim olunmayıb və müəssisə bildirib ki, mən onları işə cəlb etməmişəm”, - deyə bildirildi. Belə haqsızlıq, vicdansızlıq olar? Mayın ayının 16-da Birinci vitse-prezidentin qəbulunda oldum və əlimdə olan sübutları təqdim etdim (işlədiyimiz vaxtın şəkilləri və s. ). Bununla yanaşı, Nurəddin Hacıyevin bizimlə “Whatsapp” vasitəsilə olan danışıqlarını da göstərdim. Amma bir aydır işə baxılmır. Mən heç kəsdən pul istəmirəm, haqqım olanı, alın tərimi istəyirəm. Mənim ehtiyacım var idi ki, usta işləyirdim. Odur ki, bu yazını oxuyan səlahiyyəti çatan şəxslərdən kömək istəyirəm. Bir qazinin haqqının yeyilməsinə imkan verməyin”. Geri qayıt |