Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Piyadalara hərəkət üçün ADAMBAŞI BİR ƏDƏD QANAD DA PAYLAYIN...
Piyadalara hərəkət üçün ADAMBAŞI BİR ƏDƏD QANAD DA PAYLAYIN...27-07-2023, 10:14 |
Nərimanov rayonunda Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsindəki piyada səkisi zəbt edilərək restorana çevrilib. Səkidəki ağacların gövdəsi də restoranın içində qalıb. Tribunainfo.az-a bu barədə yazan sakinlər bildirir ki, Nərimanov rayonunda satılmayan yer qalmayıb. Xüsusilə piyada səkiləri zəbt edilib, addım atmağa yer yoxdur. Sakinlər bildirib ki, səkilər boyunca əvvəllər ağaclar olub. Səkilər kölgəlik olurdu. Son vaxtlar piyada səkilərinin satışa çıxarılması vəziyyəti dəyişib. Sözügedən küçələrin kəsişməsində tikilən restoran da kölgəlik yaradan ağacları əhatəyə alıb. Ağaclar retoranın tavanını sərinlədir. Sakinlər piyada səkilərinin boşaldılmasını, ağacların sayının artırılmasını istəyir. Bu fotoda göstərilən kafe isə Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində, 3-4 böyük ağacın yerində tikilib. Daha doğrusu, ağacların gövdəsi obyektin içində qalıb. Amma burada kafe açmaq yerinə, dediyimiz kimi, kiçik park salmaq olardı. Geri qayıt |