Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Gəncədə məmurlar YEYİNTİYƏ HAZIRLAŞIR...

Gəncədə məmurlar YEYİNTİYƏ HAZIRLAŞIR...


7-08-2023, 12:51
Gəncədə məmurlar YEYİNTİYƏ HAZIRLAŞIR...
MDB ölkələrinin III oyunları Azərbaycanda keçiriləcək. Bu dəfə paytaxt sakinlərinin bəxti gətirib. Ağır yük gəncəlilərin çiyinlərinə qoyulub. Oyunların Gəncədə keçirilməsi nəzərdə tutulub.
Bizimyol.info xəbər verir ki, indi Belarusun paytaxtı Minskdə MDB ölklərinin II oyunları davam edir. Mübarizəyə postosovet məkanının 9 ölkəsi qoşulub. Bundan başqa, 13 qonaq var. Turnirdə Bəhreyn, Pakistan, Oman, Venesuela, İran, Küveyt, Vyetnam, Malayziya, Kuba, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Livan, Monqolustan da təmsil olunur. Postsovet ölkələrindən isə meydan sahibi Belarusla yanaşı, Azərbaycan, Qazaxıstan, Ermənistan, Rusiya, Tacikistan, Türkmənistan, Qırğızıstan və Özbəkistan Minskə idmançı göndərib.
Belarusda yarışlar 20 idman növü üzrə keçirilir. Amma bütün oyunlar Minskdə baş tutmur. Bəzi idman növləri üzrə mübarizə Vitebsk, Qomel, Brest, Qrodno, Mogilyov, Borisov, Jlobin, Orsa, Soliqorsk, Molodeçno kimi şəhərlərdə aparılır.
İndi maraqlıdır, Gəncə belə yükü tək daşıya biləcəkmi? Şəhərin idman infrastrukturu buna necə imkan verəcək? Gəncəni ölkənin ən baxımsız şəhərlərindən adlandırmaq olar. İdman kompleksləri, meydançaları yetərincə deyil. Şəhərin yolları bərbad gündədir. Sanki Gəncə belə yükü çəkməyə hazır görünmür.
Ümumiyyətlə, Azərbaycanı illərdir idman ölkəsi kimi tanıtmağa çalışırlar. Bunun üçün müxtəlif yarışların ev sahibliyi yükünü üzərimizə götürürük. Dotasiya ilə turnir keçirilir, böyük pullar havaya sovrulur. Avropa Oyunlarını xatırlayaq. Nə qədər vəsait sərf olundu. Halbuki, belə turnirlər idmançıların inkişafı baxımından da heç bir rol oynamır. Avropa, dünya çempionatlarının, olimpiadaların iştirakçıları ilə söhbətdə anlayırsan ki, onların bu qəbildən yarışlara ehtiyacı yoxdur. Çünki xeyli zəif rəqiblərlə qarşılaşırlar, onlar üçün istənilən mühit yaranmır. Belə turnirlər kimlərə lazımdır? İdmançıları üçün müftə təlim-məşq toplanışı axtaran ölkələrin idman funksionerlərinə. Bir də böyük yeyinti imkanları qazanan yerli məmurlara. Həmin yarışlar ölkəyə heç bir maddi xeyir gətirmir. Azərbaycanın tanınması məsələsi də köhnəlmiş mövzudur. Belə işlərlə ölkə tanıtmırlar. Adicə müharibə iştirakçılarının qayğılarını həll etmə, amma hansısa ölkələrin ikinci, üçüncü dərəcəli heyət nümayəndələrini müftə yedizdir. Bunun dövlətə heç bir faydası yoxdur.
Bizimyol.info

Geri qayıt