Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Naxçıvanda NƏ BAŞ VERİR: Möhbalıyevin seçki dairəsi LƏĞV OLUNUR...

Naxçıvanda NƏ BAŞ VERİR: Möhbalıyevin seçki dairəsi LƏĞV OLUNUR...


9-08-2023, 11:02
Naxçıvanda NƏ BAŞ VERİR: Möhbalıyevin seçki dairəsi LƏĞV OLUNUR...
Naxçıvandakı 3 saylı Babək - Kəngərli - Naxçıvan Dairə Seçki Komissiyasnını ləğv olunacağı bildirilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a həmin dairədə çalışan komissiya üzvləri məlumat verib. Onlar bununla bağlı xəbərdarlığı Mərkəzi Seçki Komissiyasından aldıqlarını bildirirlər. Məlumata görə, adıçəkilən dairə üç yerə bölünərək, 2 saylı Şərur, 5 saylı Şahbuz - Babək, 6 saylı Culfa - Ordubad DSK-larının tərkibinə veriləcək.
3 saylı DSK, MSK-nın müəyyən etdiyi 125 dairədən biridir. Həmin dairəni hazırda deputat Səttar Möhbalıyev təmsil edir. Bu dairənin ləğv edilməsi digər yeni bir dairənin yaranmasını labüd edir. Əks halda növbəti parlament seçkilərində 124 yer uğrunda mübarizə aparılacaq.
Bu plan iş yerlərini itirəcək DSK üzvləri və digər işçilər arasında ciddi narahatlığa səbəb olub. DSK üzvü F. Məmmədov deyir ki, onlar artıq özlərinə yeni iş axtarırlar:
“Bizə deyiblər ki, DSK ləğv olunur, özünüzə iş tapın.Bu məlumat bizi çox məyus etdi. Çünki, DSK-da işləyən onlarla adam işini itirəcək. indi iş tapmaq da çətin məsələdir. Əslində bizim DSK-da seçici sayı qanunvericiliyə uyğundur. Naxçıvanda seçici sayı az olan DSK-lar var. Onları ləğv etmək daha münasib idi. Görünən odur ki, həmin DSK sədrlərinin himayədarları daha güclüdür.”
Mərkəzi Seçki Komisiyanın adının çəkilməsini istəməyən üzvlərindən biri də deyilənləri təstiq edi:
“3 saylı DSK-ın ləğvi ilə bağlı qərar verilməyib. Amma, ləğv olunması planda var. Müzakirələr gedir. Hələlik DSK fəaliyyətini davam etdirir. İşçilərə və üzvlərə isə hələlik dəqiq bir şey deyilməyib. Qərar verildikdən sonra onlarla bağlıd yəqin ki,hansısa qərar veriləcək. Bu dairə ləğv olunarsa, onun əvəzinə Azərbaycanın başqa bir bölgəsində əlavə DSK yaradılacaq”.
Hazırda Naxçıvan Muxtar Respublikasının ərazisində cəmi 7 DSK fəaliyyət göstərir.

Geri qayıt