Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İcra başçıları məzuniyyətdən geri çağırıldı
İcra başçıları məzuniyyətdən geri çağırıldı10-08-2023, 12:04 |
Azərbaycanda bütün rayon-şəhər icra hakimiyyətlərinin başçıları Prezident Adminstrasiyasından gələn təlimat əsasında məzuniyyətdən geri çağırılıb. Onlar avqustun 15-də etibarən işə çıxmalıdırlar, çünki vacib dövlət tədbirinin həyata keçirilməsinə hazırlıq başlanıb. DİA.AZ bildirir ki, bu barədə Gununsesi.info-ya məlumat verən mənbə bildirib ki, payızda ölkədə Konstitusiya dəyişikliyi üçün referendumun keçirilməsi planlaşdırılır. Məlumata görə, hazırlanan layihədə icra, qanunverici hakimiyyət sistemində bir sıra mühüm dəyişikliklərin aparılması yer alıb. Belə ki, yerli icra hakimiyyətlərinin ləğv olunacağı, onları 14 iqtisadi zona üzrə Prezidentin Xüsusi nümayəndələrinin əvəz edəcəyi gözlənilir. Xatırladaq ki, Azərbaycanda əksər dövlət qurumlarının rayonlar üzrə yerli şöbələri ləğv edilərək onların səlahiyyətləri regional idarələrə verilib. Nəticədə yerli icra hakimiyyətləri demək olar ki, səlahiyyətsiz qalıb, hökumətin məqsədi bu qurumları da regional idarəçilik sistemi ilə əvəzləməkdir. Mənbə bildirib ki, referendumda ümumxalq səsverməsinə çıxarılacaq məsələlərdən biri də Milli Məclisin tərkibinin genişləndirilməsi, iki palatalı parlament institutunun yaradılmasıdır. Belə ki, 151 nəfərdən ibarət olacaq aşağı palata, regional təmsilçilik əsasında yuxarı palata-Senatın formalaşdırılması nəzərdə tutulub. Məlumata görə, layihədə Nazirlər Kabinetinin ləğv olunması, vitse-prezidentlik institunun gücləndirilməsi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, habelə seçki sisteminin dəyişdirilməsi kimi məsələlər də yer alıb. Mənbəmiz xüsusi ilə qeyd edib ki, parlament seçkilərinin proporsioanl qaydada keçirilməsi də təkliflər sırasındadır. İlin əvvəlindən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu, onun tələblərindən irəli gələrək, Ədliyyə Nazirliyinin apardığı proses də proporsional seçki sistemiə keçidin tərkib hissəsidir. Xatırladaq ki, Azərbaycanda bundan əvvəl 2000-ci ildə, 2009 və 2016-ci illərdə Konstitusiyaya dəyişikliklər həyata keçirilib. Geri qayıt |