Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > İsmayıllının icra başçısı KİMSƏNİ SAYA SALMIR...
İsmayıllının icra başçısı KİMSƏNİ SAYA SALMIR...11-08-2023, 12:14 |
DİA.AZ-ın məlumatına görə, Ağsu rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu BİA.az-a müraciət edərək bildirir ki, 8 aydır uzun illər icarə əsasında istifadə etdiyi Şamaxı rayon Dəmirçi kəndinə yaxın olan yay otlaq sahəsini İsmayıllı Rayon İcra Hakimiyyəti müxtəlif bəhanələrlə ona yenidən icarəyə verməkdən boyun qaçırır. Vətəndaş qeyd edir ki, müxtəlif ali instansiyalara məsələ ilə bağlı çoxsaylı müraciətlər edib. Müraciətlərin nəticəsi olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinə vətəndaşın şikayətinin təmin edilməsi üçün göstəriş verilsə də, adı çəkilən qurumun səlahiyyətli şəxsləri - Başçının birinci müavini Mahmud Süleymanov və Şahin müəllim məsələnin həllində maraqlı deyillər. Şahin müəllim hər dəfə müxtəlif bəhanələr gətirərək işin gedişatını uzadır. Vətəndaşın bildirdiyə görə bütün bunlara səbəb Ədalət Göyüşov adlı iş adamının İsmayıllı Rayon İcra Hakimiyyətinə yüksək əlaqələrindən istifadə edərək təzyiq göstərməsidir. Ədalət Göyüşovdan cəkinən rayon rəsmiləri məsələni haqq-ədalət müstəvisində həll etməkdən çəkinirlər. Vətəndaşın redaksiyamıza göndərdiyi növbəti video-müraciəti təqdim edirik. Geri qayıt |