Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ağdaş seçicilərindən “Azəriqazbank”ın şefi ilə bağlı prezidentə şok müraciət

Ağdaş seçicilərindən “Azəriqazbank”ın şefi ilə bağlı prezidentə şok müraciət


11-02-2014, 14:29
Ağdaş seçicilərindən “Azəriqazbank”ın şefi ilə bağlı prezidentə şok müraciət
DİA.AZ: - 1997-ci ildən “Azəriqazbank” Səhmdar İnvestisiya Bankının Müşahidə Şurasının sədri postunu tutan və 2005-ci ildən etibarən 90 saylı Ağdaş seçki dairəsinin mandatını cibində gəzdirən Çingiz Əsədullayev də seçicilərinin narazılıq hədəfinə çevrilib. Bu barədə DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir.

Redaksiyamıza müraciət edən ağdaşlılar bildirir ki, Çingiz Əsədullayev onsuz da iki dəfə saxta yolla deputat seçilib: «Biz sakinlər dəfələrlə Çingiz Əsədullayevlə görüşmək istəmişik. Hələ onun deputatlığının birinci dönəmində. Amma buna nail olmadıq. 2010-cu ildə onu yenidən Ağdaşa yolladılar. İnanın ki, əksər yerlərə heç əziyyət çəkib özü gəlmədi də».

Sakinlər bildirir ki, onların etirazlarına baxmayaraq, «karusel» əməliyyatı ilə Çingiz Əsədullayev deputat seçildi: «Buna əgər seçki demək mümkündürsə. Yenə də ümid etdik ki, bəlkə bu dönəmdə Çingiz müəllim yaxşı işləyər. Amma yanılmışıq. Hətta bu gün ağdaşlıları özünə düşmən kimi görən (halbuki cibində Ağdaşın mandatını gəzdirir) Çingiz Əsədullayevin bankından hansısa bir ağdaşlının öz dərdinə çarə üçün 1000 manat kredit götürməsi də imkansızdır.

Biz dəfələrlə bu cür problemlərlə ona ağız açmışıq. Amma yanılmışıq. Əgər vəziyyət belədirsə, biz də səsimizi eşitməyən deputatı geri çağıracağıq».

Sakinlər sonra DİA.AZ vasitəsilə prezidentə müraciət edirlər: «Cənab prezident. Ağdaş camaatı hər zaman sizin siyasətinizi dəstəkləyib. İndi də dəstəkləyirik. Amma bizə elə bir layiqli şəxs verin ki, gələn seçkilərdə həqiqətən də xal qonu dəstəkləsin. Çünki bu adam sizin də başınızı ucaldacaq hansısa işlə məşğul deyil».

Geri qayıt