Əsas Səhifə > Güney Press, Reklam, Üst manşet > Müştərisi 'Azercell'ə DƏRS keçməyə hazırdır

Müştərisi 'Azercell'ə DƏRS keçməyə hazırdır


21-08-2023, 00:05
Müştərisi 'Azercell'ə DƏRS keçməyə hazırdır
DİA.AZ: - "Əvvəllər istənilən mobil operatordan 30GB internet paketi alırdıq 30 gün eninə-boyunə işlədirdik hələ evdəkilərə də "WI-FI" verirdik yenə də bəs edirdi. İndi 50 GB 10-15 gün ancaq gedir. Hansına da zəng vurub soruşursan, deyirlər yüksək sürətlə əlaqədardır. Xüsusən də bu problem ölkənin ən böyük mobil operatoru olan "Azercell"lə bağlı yaşanır. DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Qüdrət Mehdi adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Qardaş, internetin sürətini 30-40 mbs eləmə, elə 10mbs.. onsuz da "PING" 30-40 olandan sonra, 10 mbs ya 30-40 mbs olması fərq etmir. Məsələn, mən korporativ xəttdə 19,90 manata "gegamax plus" paketini alırdım, onda paket tamam limitsiz idi. Amma maksimum sürət 5mbs idi. Mən həmin sürətlə hətta canlı futbol maçlarını kəsintisiz izləyirdim... çünki, "PING" eyni idi 30-40...

Mobil operatirlara səslənirəm: mənasız 30-40 mbs sürəti 5-10 mbs sürətlə əvəzləyin, sərfiyyat azaldın. 30 manatlıq paket 15 günə bitməməlidir.

Bir daha qeyd edirəm, sürətin 30-40 mbs olmasıyla 5-10 mbs olması fərq etmir. Bunu şəxsən təcrübə etmişəm, istənilən operatora, xüsusilə də "Azercell'ə də sübut edə bilərəm..."

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt