Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azay Quliyev hərbi hissələrə NECƏ NÜFUZ EDƏCƏK?
Azay Quliyev hərbi hissələrə NECƏ NÜFUZ EDƏCƏK?21-08-2023, 14:04 |
DİA.AZ: - İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT sektorunu silkələməkdə davam edir. DİA.AZ-ın məlumatına görə, İSBAM sədri bu qəbildən olan növbəti araşdırma materialı ilə çıxış edib. Həmin araşdırmanı təqdim edirik: "Yeni araşdırmamda QHT Agentliyinin qalib etdiyi növbəti dolaşıq lahiyəsi olan təşkilatı təqdim edirəm. Təşkilatın adı : " Vətənpərvər Qadınlara Dəstək" ictimai birliyi. Çox gözəl ideyadır, alqışlayıram. Birliyin həyata keçirəcəyi layihənin adı; Hərbi hissələrdə görüşlər təşkil etməklə , şəxsi heyət arasında vətənpərvərlik ruhunun və döyüş əzminin yüksəldilməsinə dəstək vermək. Büdcə 8000 manat. Baxaq görək təşkilat bu lahiyəni necə icra edəcək. Əvvəla birliyin adı ilə təqdim etdiyi lahiyədə uyğunsuzluq var. Digər tərəfdən isə hansı ixtiyarla hərbi hissələrdə QHT tədbirlər keçirəcək. Və həmdə burda pul siləcək. Bildirim ki, yeni qaydalara əsasən hansısa təşkilatın hərbi strukturlarda tədbirlər keçirilməsinə məhdudiyyət qoyulub. Yaxşı sual edirəm; Hörmətli Azay Quliyev, Aygün Əliyeva, Müşahidə Şurasının üzvləri ! Siz bunları bilə -bilə hansı maraqla bu layihəyə müsbət rəy verib və qərar qəbul etmisiniz?" Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |