Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Bakıda gecə barları gənclərimizi necə tora salır?
Bakıda gecə barları gənclərimizi necə tora salır?12-02-2014, 14:02 |
DİA.AZ: - Bakıda fəaliyyət göstərən barların böyük əksəriyyətinin kimlərinsə himayəsi altında tamam fərqli məqsədlər üçün istifadə olunması haqda dəfələrlə yazılıb. Amma buna rəğmən hələ də qaldırılan problemə çarə qılan tapılmır. DİA.AZ-a da eyni qəbildən bir neçə şikayət məktubu daxil olub. Adının çəkilməsini istəməyən bir gənc vətəndaş yazır: «İnternet çatlarının birində qızla tanış oldum. Özüm tələbəyəm və əylənmək istədim. Hər halda, ölkəmizin qanunları ilə heç bir cinayət etmiş hesab olunmuram. Və qızla internetlə danışdıq və sonra görüşməyə razılaşdıq. Görüş yeri kimi kimi metronun «28 May» stansiyasının yanını təyin etdik. Dediyi gündə və dediyi vaxtda orada oldum. Amma qız gəlməmişdi. Mənə verdiyi telefon nömrəsinə zəng etdim. Dedi ki, metronun «Sahil» stansiyasının yanında işi var və ora gəlməyimi istədi. Mən də razılaşdım. Amma o, yenə də dediyi yerdə yox idi və keçmiş «Torqovı» küçəsində yerləşən barların birinin yanında olduğunu söylədi. Mən onun dediyi yerə getdim. Və orada görüşdük. Onun təklifi ilə bara düşdük və pivə içdik. Bu zaman qız daha əlavə olaraq bahalı içkiləri sifariş etdi. Çoxunu da içmirdi və masada qalırdı. Mən hələ də onun kimi gənc bir qızın oturduğumuz barın işçisi olduğunu və mənim əslində tələyə düşdüyümü anlamırdım». Daha sonra şikayətçi yazır: «Beləcə, qızla bizə getmək qərarını verdik və mən hesabı ödəmək istədim. Bu zaman mənə 4 pivə və qızın sifariş etdii bir neçə spirtli kokteyl üçün 185 manat pul oxudular. Gözüm kəlləmə çıxdı. Yenidən hesablamalarını istədim və məlum oldu ki, içdiyim pivənin bir şüşəsini 30 manatdan hesablayırlar. Etiraz etdim və bu zaman qalmaqal düşdü». Şikayətçi bildirir ki, onu barın idmançı görkəmli mühafizəçiləri bir saat döyüblər: «Cibimdə cəmi 50 manatım vardı. Onu da əlimdən aldılar və mənə dedilər ki, pulun yerdə qalanı gədməyənə qədər girov saxlayacaqlar. Məni bir otağa soxdular. Orada özüm kimi daha 4 nəfəri gördüm və onlar da eyni qaydada internetlə tanış olduqları qızın tələsinə düşərək girovluqda idilər» Şikayətçinin sözlərinə görə, ona telefonla danışmasına imkan yaradılır: «Mənə imkan yaratdılar ki, bir nəfərə zəng edim və pulun yerdə qalanını gətirsinlər. Mən də yalnız tələbə yoldaşlarımdan birinə güvəndiymdən ona zəng edib, başıma gələnləri danışdım və o, pul gətirdikdən sonra məni buraxdılar». Daha sonra şikayətçi bildirir ki, baş verən hadisə ilə bağlı polisə də müraciət edib: «Bilirsinizmi, orada polis mənə nə dedi. Dedi ki, ağlın olaydı getməyəydin. Hətta bir az haqqımı tələb edəndə, mənə dedilər ki, başıma iş açmayım. Qızla bara getməyimin üstü açılar institutdan da qovarlar. Mən də çarəsiz şəkildə susmalı oldum». Onu da bildirək ki, bu tipli daha bir neçə şikayət məktubu redaksiyamıza daxil olub və həmin hadisələri də zaman-zaman diqqətinizə çatdıracağıq. Bizi izləyin… Geri qayıt |