Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şeyx hakimiyyətin qəzəb hədəfində
Şeyx hakimiyyətin qəzəb hədəfində13-02-2014, 15:36 |
DİA.AZ: - Son günlər nurçu və vəhabilərin hədəfi olan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə nəhayətdə rəsmi dairələrin də hədəfinə çevrilib. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr xəbər verib. Qaynağın iddialarına görə, Allahşükür Paşazadənin eyni anda vəhabi və nurçulara qarşı cəbhə açması, habelə son mətbuat konfransında «övladları vəhabi olan məmurlar var» deyə bir iddiada bulunması ona qarşı hərəkət edənlərin də miqyasını genişləndirib, ona qarşı açılan cəbhədə tünlüyə nədən olub. Xəbəri verən qaynaq bildirir ki, bu sarıdan ilkin olaraq Şeyxin adamlarına qarşı təzyiqlərə başlanılır: «Yaxın günlərdə Şeyxə yaxın olan iki önəmli fiqur vəzifəsindən alınacaq. Bu barədə QMİ sədrinin özü məlumatlı olsa da, artıq prosesi durdurmaq iqtidarında deyil». Mənbəmiz iddia edir ki, Şeyxin çətiri altında olan Zərdabın icra başçısı Lütvəli Babayev və yaxınları da məlum prosesin hədəfləri sırasındadır: «Lütvəli Babayev və onun Şirvan regionu üzrə axund olan qardaşı də Şeyxə qarşı kampaniyanın qurbanları olacaq». Bu arada aldığımız bir başqa məlumatda isə bildirilir ki, Şeyxi son günlərə qədər kompromat atəşinə tutan vəhabi və nurçu çevrələrin də susqunluğu məhz bununla bağlıdır: «Yəni onları arxayın ediblər ki, artıq QMİ sədri cəzalandırılacaq. Atəş kəsilməlidir»… Geri qayıt |