Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvan səhiyyəsi ilə bağlı ŞOK İDDİALAR
Naxçıvan səhiyyəsi ilə bağlı ŞOK İDDİALAR6-09-2023, 10:55 |
Naxçıvandakı siyasi dəyişikliklərdən sonra bir çox sahələrdə qaydalar sərtləşdirilib, yeni qadağalar tətbiq olunmağa başlayıb. Məsələn, səhiyyə nazrliyinin yeni tapşırığına əsasən, tibb işçilərinə kamerası olan smartfonlarla işə gəlmək qadağan olunub. Bu qadağa hələlik Naxçıvan MR Xəstəxanasında, xüsusilə tibb bacılaraına və sanitar heyətə tətbiq olunur. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a həmin xəstəxanada çalışan bir qrup tibb işçisi məlumat verib. Onlar bildirir ki, bu qadağanı tətbiq etməkdə məqsəd xəstəxanada baş verən yaramazlıqların telefonla çəkilib, ictimailəşdirilməsinin qarşısını almaqdır. Bundan əlavə, həmin xəstəxananın tibb bacıları həftədə 40 saat yerinə 60 saat işləməyə məcbur edildiklərini, tez-tez təhqir olunduqlarını bildirirlər. Onlar deyir ki, yeni sərt qaydalar və qadağalar Fehruz Zehirov xəstəxanaya yeni direktor təyin olunduqdan sonra tətbiq edilməyə başlayıb. F. Zehirovun Naxçıvan Səhiyyə Nzrliyinin yeni şefi Samiq Sadıxovun yaxın adamı olduğu bildirilir. Tibb bacısı B.M. deyir ki, yeni qaydanı pozanlardan öncə izahat alınır, sonra isə onlar sərt cəzalandırılır: „Xəstəxananın yeni rəhbərliyi işçiləri çox incidi. Kameralı mobil telefon işlətməyə icazə verilmir, ancaq köhnə telefon olmalıdır. Bu işə nəzarəti mühafizəçilərə tapşırıblar. Onlar istədikləri vaxt çantamıza girib, smartfon olub-olmadığını yoxlayırlar. Bu bizim təməl azadlıq və şəxsi toxunulmazlıq hüquqlumuzun pozulmasıdır. Telefonla tutulan işçilərdən öncə izahat alınır, sonra isə onlara töhmət verilir. Əgər təkrarlanarsa, işdən qovulurlar. Məcbur qalıb, əlavə xərcə düşərək 50 manat verib, köhnə, kamerasız telefonlar almışıq. Fehruz Zehirov gələndən xəstəxanada sanki bir “Gestapo” rejimi yaradıb, həyatımız zəhər olub. Artıq, dözə bilmirik“. Digər tibb bacısı G.M. isə deyir ki, onları ayda 240 saat işləməyə məcbur edirlər: “Fehruz Zehirov özü ilə kadrlar şöbəsinə Vüsalə adlı işçi də gətirib. Vüsalə xanım bizimlə qul kimi davranır, ikiqat işləməyə məcbur edir. Nə gecəmiz var, nə gündüzümüz. Həftədə 40 saat yerinə 60-70 saat işləməyə məcbur edir, üstümüzə bağırır, təhqir edir. Etiraz edəni isə, polislə, işdən çıxarmaqla hədələyir. Keçmiş baş həkim Zəburun dövründə də haqsızlıqlar var idi, ancaq bu dərəcədə yox. Bunlar onlardan da qəddardılar”. Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan işçilərin iddialarına cavab vermək istəmədilər. Geri qayıt |