Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar

Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar


14-02-2014, 14:58
Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar
Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın dörd jurnalistinə qarşı kampaniyaya başlayıblar.

APA-nın məlumatına görə, radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər “Facebook”da ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, şirkətin vitse-prezidenti Mirşahin Ağayev, APA-nın əməkdaşı Hafiz Heydərov və “APA Holding”a daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar.

Onlar öz “Facebook” səhifələrində ANS televiziyasında son vaxtlar Suriyada döyüşən azərbaycanlılarla bağlı yanlış informasiyalar verildiyini əsas gətirərək V. Mustafayev və M. Ağayevin ünvanına təhqir və tənqidlər səsləndirirlər. Dindarlar V. Mustafayev və M. Ağayevin üzərinə “ANS kanalı fars şiəliyini yaymağa son qoy!” şüarları yazılmış fotolarını sosial şəbəkələrdə paylaşırlar.

Dindarlar həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov “Facebook”da başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb.

Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: “Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”.
Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar
Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar
Vəhabilər Azərbaycanda 4 jurnalisti hədəfə alıblar

Geri qayıt