Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kəmaləddin Heydərov DÖVLƏTDƏN GÜCLÜ ÇIXDI?

Kəmaləddin Heydərov DÖVLƏTDƏN GÜCLÜ ÇIXDI?


13-09-2023, 11:38
Kəmaləddin Heydərov DÖVLƏTDƏN GÜCLÜ ÇIXDI?
DİA.AZ: - Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etmişdik.

Yazıdan aydın olurdu ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Qeyd edək ki, bu şikayətdən sonra şəhid ailəsinə Qəbələ RİH tərəfindən vəd verilib. DİA.AZ bildirir ki, narazı düşən şəhid ailəsi ilə əlaqə saxlayan Qəbələ RİH-in nümayəndələri vəd veriblər ki, bəs onlara məxsus torpaq sahəsi nəinki özlərinə qaytarılacaq, hətta bu vaxta qədər onlara dəymiş ziyan da kompensasiya şəklində ödəniləcək.

İndi isə aydın olur ki, bunların hamısı vəd imiş. Hər halda, Qəbələ RİH kimi bir dövlət qurumunun şəhid ailəsini bu şəkildə dolandırması DÖVLƏT ADINDAN İSTİFADƏ edənlərin ən böyük ayıbdırı və bunun cəzası olmalıdır.

Burda bir maraqlı məqam da ortaya çıxır. Deməli, Qəbələ RİH-in rəhbəri Səbuhi Abdullayev cənabları özünü o qədər toxunulmaz hesab edir ki, hətta şəhid ailələrini belə dolandırmağından qalmır. Bu barədə yetərincə faktları zaman-zaman təqdim etmişik.

Əgər Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova güvənən Səbuhui Abdullayev dövlətin himayəsində olan şəhid ailələrini bu şəkildə əzirsə... deməli, vəziyyət heç də ürəkaçan deyil.

Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt