Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > `Carçıoğlu Qrup` MMC-nin rəhbəri `VEYSƏLOĞLU`nun da imicini TƏHDİD EDİR

`Carçıoğlu Qrup` MMC-nin rəhbəri `VEYSƏLOĞLU`nun da imicini TƏHDİD EDİR


18-09-2023, 16:24
`Carçıoğlu Qrup` MMC-nin rəhbəri `VEYSƏLOĞLU`nun da imicini TƏHDİD EDİR
DİA.AZ: - "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevin dövlətdən gizlətdiyi milyonlarla bağlı keçən günlərdə məlumat verdik. Əslində təqdimetdiyimiz faktların ardından daha geniş materialla çıxış edəcəyimizi bildirmişdik. Amma yazımız yubandı. Ona görə yox ki, ortada dəkil yoxdur... əksinə, əlimizdəki faktların daha samballı sübutlarını əldə etmə naminə müəyyən müddətlik araşdılrma aparmalı olduq və...

Və araşdırmalarımız nəticəsində əldə etdiyimiz bilgilərdən aydın oldu ki, sən demə, "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyev təkcə vergidən yayınmır, eyni zamanda DAHA BÖYÜK BİR QANUN POZUNTUSUNA DA qol qoyur...

Bu barədə redaksiyyamıza daxil olan məlumatlardan aydın olur ki, bir zamanlar "Efes" və digər bu kimi Türkiyə istehsalı olan spirtli içkili malların Azərbaycana tədarükçüsü olan "Carçıoğlu Qrup" MMC neçə müddətdir ki, bu biznseini itirib və Azərbaycanda belə bir QAZANC YERİNDƏN olan Elçin Carçıyev cənabları yenə də EYNİ ALVERLƏ məşğuldur... Amma bu dəfə fərqli yolla...

Bu barədə DİA.AZ_a daxil olan məlumatlardan aydın olur ki, "Carçıoğlu Qrup" MMC "Efes" pivələrini - hansılar ki, 3 il əvvəlindən onlar tərəfindən Azərbaycana idxal olunub və satılmayaraq ambarlarında qalıb... - həmin məhsullar yenidən satışa buraxılır və özü də ciddi satış məntəqələrində...

Burada başlıca marağı QAZANC əldə etmək olan "Carçıoğlu Qrup" MMC-nin rəhbəri daha anlamır ki, təkcə hazırda "Efes" pivələrinin ölkəmizə ƏSAS və yeganə tədarükçüsü olan "Veysəloğlu GROUP"u hədəfə çevirmir, eyni zamanda istehlakçıların da sağlamlığını təhlükə altına atır...

Hər halda, öz adına və işinə sayğı ilə yanaşdığını nümayiş etdirən "Veysəloğlu" bu gün özünün biznes maraqları naminə yox, həm də TİCARƏT ŞƏRƏFİ naminə onun adına bazara saxta, vaxtı keçmiş məhsul çıxaran bir qurumdan şikayətçi düşməlidir... SÜBUT?

Bu barədə əlimizdə olan faktları növbəti yazlmızda təqdim edəcəyik. eyni zamanda, bu işdə maraqlı olmalı olan AQTA və "Veysəloğılu"nun da mövqelərini təqdim edəcəyik... BİZİ İZLƏYİN...

Qarşı təəf olaraq isə - "Carçıoğlu Qrup" MMC-nin rəhbəri, iş adamı Elçin Carçıyevi də dinləməyə hazırıq... GÖRƏK NƏ DEYƏCƏK...

Geri qayıt