Əsas Səhifə > Güney Press, Manşet, Reklam > Camaat 'Azercell'dən hara şikayət edəcəyini də bilmir...
Camaat 'Azercell'dən hara şikayət edəcəyini də bilmir...19-09-2023, 06:28 |
DİA.AZ: - "Şikayətim "Azərcell"lə bağlıdı". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Emil İsayev adlı istifadəçi giley edir. Narazı qalan vətəndaş daha sonra qeyd edib: "30 manata 50 Gb-lıq internet paketi götürmüşəm Şəhərin göbəyində 11-ci mərtəbədə internet tutmur. Qeyd edim ki , əvvəllər bu paketi istifadə etmişəm, heç bir problem olmayıb. Azercell operatorla əlaqə saxlayıram, mənə deyir ki, nömrənizi 4G etmək üçün müraciət edin, düzələcək. Mənim telefonum 4G-ni dəstəkləmir, nəyə görə vaxt itirib "Azercell"ə getməliyəm? Vatsapnan mesaj belə göndərmək olmur.. Qəsdən internetimizi məhdudlaşdırırlar. Bununla bağlı hansı rəsmi orqanlara şikayət etmək olar?" İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |