Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > İnternetin sürəti ilə bağlı NAZİRƏ ÇAĞIRIŞ
İnternetin sürəti ilə bağlı NAZİRƏ ÇAĞIRIŞ21-09-2023, 11:40 |
DİA.AZ: - "Hörmətli Rəşad Nəbiyev, ermənilər ağ bayraq qaldırdı. Bəlkə votsapın sürətini bərpa edəsiniz, “Tik-Tok”u da açasınız..." DİA.AZ bildirir ki, bunu tanınmış jurnalist Məhəmmədəli Qəribli nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevə xitab edərək bildirib. Jurnalist internetin sürətindən narazılığını ifadə edərək daha sonra bildirib: "Antiterror tədbirləri bitibsə, heç kim həmin yerlərdən video paylaşmayacaq. Onsuz da lazımsız məzmunları paylaşmaq istəyənlər bunu digər sosial şəbəkələrdə də edə bilir. Hər kəs öz etdiyinə görə fərdi məsuliyyət daşımalıdır. Vatsapın sürətini azaltmağın bu nəsələlərə nə dəxli var, onu anlamadım…" Geri qayıt |