Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar

Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar


21-09-2023, 12:09
Masallı fermerləri Rusif Kərimovun 26 milyon ton suyuna həsrətlə baxırlar
Yenə yağış yağdı. Amma indinin yağışından nə olacaq? Axı yay fəsli hələ rəsmən davam edir. Yağan yağış da az qala yerə çatmadan quruyur. Bir sözlə, suvarma suyu sarıdan əziyyət çəkən Masallı fermerlərinin probleminin həlli əlaqədar qurumlardan asılıdır.
Rayonun Təklə kəndinin sakinləri deyirlər ki, uzun müraciətlərdən sonra bir ayın suyunu birdən açıb 3-4 gün ərzində buraxırlar, bu da “qaş düzəltmək əvəzinə vurub göz çıxarmaq” deməkdir. Həm də bildirirlər ki, problem tək bu ilin deyil, əvvəlki illərdə də eyni çətinliklə qarşılaşırlar. Lazımi qədər su tapmadıqları üçün təsərrüfatları məhv olur, məhsulları batır. Hara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. Yayın istisində 650-yə yaxın təsərrüfatları susuz qoyublar, qışda su bol olanda isə sel ağzına veriblər. Təsərrüfatlara dəyən ziyanı hökumət ödəmir.
Fermerlər bildirirlər ki, sözügedən əraziyə su Cəlilabad rayonunun Göytəpəçay çayı üzərindəki Ağdaş Su Anbarından gəlir. Ona görə də xahiş edirlər ki, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Viləşçay Su Anbarının ehtiyatlarından da istifadə olunsun: “Ağdaş Su Anbarının vəzifəli şəxslərinə müraciət etmişik. Deyiblər ki, sizin kənd Masallının inzibati ərazisinə aiddir. Bizim anbarın suyu heç Cəlilabad sakinlərinə çatmır. Gedin öz anbarınızdan alın, onun suyu bizimkindən də çoxdur”.
Təklə kənd üzrə ərazi inzibati dairə nümayəndəsi də problemin çoxdan mövcudluğunu təsdiqləyib və səbəbini Ağdaş bəndinin normal idarə olunmaması ilə əlaqələndirib.
Məsələ ilə əlaqədar jurnalistlərin suallarını cavablandıran Viləşçay Su Anbarının müdiri Rusif Kərimov bildirib ki, Təklə İƏD-nə aid olan Təklə, Sığıncaq və yaxın ətraf kəndlərin suvarma suyuna olan tələbatının Viləş çayı ilə heç bir əlaqəsi yoxdur. Viləşçay Su Anbarından bura su verilməsi imkanı Anbarın I növbəsinin tikintisində nəzərdə tutulmayıb. Yalnız layihəsi hazır olan II növbənin yaxın illərdə tikintisindən sonra hazırki 10 min hektar əvəzinə 18 min hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək mümkün olacaq, eyni zamanda içməli su problemi aradan qaldırılacaq. Masallı rayonunun 50-dən yuxarı kəndində əhali içməli suyu pulla alır, sisternli maşınlarla daşıtdırır. 4 milyon kub/metrlik həcmdə su tutumuna malik Ağdaş Su Anbarında isə yaya aylarınıən quraqlıq keçməsi ilə əlaqədar indi cəmi 300-400 kub/metr həcmdə su var.
Rusif Kərimov həmçinin Viləşçay Su Anbarından balıq vətəgələrinə su buraxılması barədə dolaşan iddiaları da təkzib edib: “Anbarda balıq olar da. Ola bilsin, Anbarın öz işçiləri xırda çay balıqlarını tutsunlar.
Xatırldaq ki, Viləşçay Su Anbarının həcmi 46,0 milyon kub/metrdir və məcra tipli olmaqla bol suludur. Hazırda Anbarda 26,0 milyon kub/metr həcmdə su vardır.

Nyus.Az

Geri qayıt