Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “A-trans ” MMC Azərbaycan dövlətindən güclüdürmü?

“A-trans ” MMC Azərbaycan dövlətindən güclüdürmü?


17-02-2014, 09:11
“A-trans ” MMC Azərbaycan dövlətindən güclüdürmü?
DİA.AZ: - Salyan rayonunun Kürqaraqaşlı kəndində yaşayan Cəlilov Rasim Mirəhməd oğlu, necə deyərlər, durduğu yerdə zərərə düşüb. Amma təqsirkar şəxs bəlli olsa da, düz 1 ildir ki, bu zərər ödənilməyib. Nə qədər qəribə olsa da, polis və məhkəmə orqanları bu işi araşdırmaqdan imtina edir. DİA.AZ bildirir ki, hadisə ilə əlaqədar baş verənləri onun öz dilindən eşidək:

“ 2013-çü ilin fevralın 19-dan 20-sinə keçən gecə saat 4 radələrində Baki şəhərinin Azərbaycan prospetində, Mərkəzi Unvermağın yaxınlığında, iş yerimin ərazisində özumə məxsus olan “Mercedes Benz” markalı, 90 FA 598 nömrə nişanlı maşını yolun kənarında saxlamışdım. Bu vaxt dövlət qeydiyt nömrə nişanı 90 JK 942 olan “Şaqman” markalı yük avtomabili “Beşmərtəbə”nin ərazi dairəsindən qadağan olunmuş yola girərək, idarəetməni itirməsi nəticəsində mənim maşınımın üstünə çıxıb, onu tamamilə yarasız hala saldı .

Baş verənlərlə əlaqədar Yasamal rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları hadisə yerinə gələrək, sürücünü polis idarəsinə apardılar. Elə həmin gündən adıçəkilən polis şöbəsində təhqiqat başlandı. İşi şöbənin tədqiqatçısı Anar Dəmirçiyevə həvalə etdilər.

“A-trans ” MMC Azərbaycan dövlətindən güclüdürmü?

Araşdırma zamanı məlum oldu ki, hadisəni törədən avtomobil “A-trans ” MMC-yə məxsusdur və Cəlilov İdris Cəlil oğlunun istifadəsində olub, lakin şəxsi işi olduğundan o, həmin gecə maşını sürücülük vəsiqəsi olmayan dostuna veribmiş.

İlkin tədqiqat zamanı mənə dəyən ziyan 6800 manat dəyərləndirildi və bu məlumat “A-trans ” MMC rəhbərliyinə çatdırdılar. Əvvəllər zərəri ödəmək istəyənlər, sonradan nə oldusa, heç polisin çağırışına da gəlmədilər.

İş polis orqanında obyektiv araşdırlmadığından, məcbur olub “A-trans ” MMC-yə qarşı mülki iddia tələbi ilə Yasamal rayon məkəməsinə müraciət etdim. 2 aydan sonra məhkəmədən bildirdilər ki, ərazi aidiyyatı üzrə digər rayon məhkəməsinə müraciət etməlisən. Sonuncudan isə cavab çıxmadı.

Baş verən qəza, əslində bir cinayət əməli idi. Həm şirkətin, həm avtomobilin sürücüsünün, həm də qəzanı törədən şəxsin bəxti onda gətirmişdi ki, ölüm və xəsarət alma faktı qeydə alınmamışdı. Buna görə mən heç o iddiada da olmamışam ki, təqsirkar şəxslər cinayət qanunvericiliyinin tələbinə uyğun qaydada məsuliyyətə cəlb edilsin.

Amma əmlakıma zərər dəyib və vicdanı olan hər kəs imkanı daxilində bunu ödəməyə borcludur. Vurulmuş zərərin əvəzini xoşluqla ödəmək istəməyənlərə dövlətin gücü çatmırmı? Hələ də mənə aydın deyil ki, Yasamal rayon Polis Şöbəsinin uzun-uzadı apardığı araşdırmanın nəticəsi nə olub. Əgər təqsirkar şəxslər məsuliyyətə cəlb edilməyibsə, əmlakıma dəymiş zərərin əvəzi ödənilməyibsə, bu araşdırma bir qara qəpiyə dəyərmi? Açıq-aşkar hiss olunur ki, hakimiyyətin yuxarı eşalonunda himayədarı olan şirkətə polisin də “dişi batmayıb”.

Bu barədə 29.07.2013-cü il tarxdə cənab prezidentə və daxili işlər naziri cənab Ramil Usubova müraciət edərək, onlardan komək istəmişəm. Amma bu günədək ərizəmə cavab verilməyib. Ya birdəfəlik etiraf olunmalıdır ki, qanun qarşısında heç də hamı bərabər deyil və ayrı-ayrı şirkətlər, şəxslər “Şaqman” maşını kimi bizi tapdalaya bilər, ya da bu işin ədalətli həll yolu olmalıdır. Mən kimdənsə yardım istəmirəm, halal haqqımı tələb edirəm.

Ola bilsin ki, mənim müraciətim cənab prezidentə və nazirə çatdırılmayıb. Ona görə də sözümü elə mətbuat orqanları vasitəsilə çdemək istəyirəm. Onu da qeyd edim ki, mən kasıb ailədə boyümüşəm, həmin maşını kreditlə almışdım və borcu zülm-zillətlə, balalarımın boğazından çörəyi kəsmək bahasına ödəmişəm. Mərhum Heydər Əliyev deyib: “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə.” Buna əməl edilmədiyindən artıq ölkədə intiharlar başlayıb. Siz məni də buna məcbur etmək istəyirsiniz?

Geri qayıt