Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Keçmiş MN işçisi TORPAQ ALVERİNƏ GİRİŞİB

Keçmiş MN işçisi TORPAQ ALVERİNƏ GİRİŞİB


3-10-2023, 07:53
Keçmiş MN işçisi TORPAQ ALVERİNƏ GİRİŞİB
DİA.AZ: - "Sizi İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq
MTN əməkdaşı Ruslan Əliyevin qanunsuz əməlləri haqqında məlumatlandırmaq istəyirəm".
Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: Ruslan Əliyevin bütün fəaliyyəti qanunsuzluq üzərində qurulub. Belə ki, şöbə müdiri varlı,
imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur, kasıb, sadə
vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq onlardan rüşvət tələb edir. Buna nümunə
olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginliklə
elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin
himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə
min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su,
qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur.

Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul
vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara
“əzələ” nümayiş etdirir.

Onu da qeyd edək ki, Ruslan Əliyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyində çalışıb, Eldar
mahmudovun yaxın silahdaşlarından biri olub.

Ruslan Əliyev pul müqabilində Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli
elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə
altına atıb. Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin
Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində
restoran və onlarla ticarət obyekti mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min
manat məbləğində qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük
isbatıdır".

İddia olunanlarla bağlı dia-az.life olaraq büttün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt