Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "QHT Agentliyi özünü doğrultmadı..."
"QHT Agentliyi özünü doğrultmadı..."5-10-2023, 17:49 |
DİA.AZ- İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli QHT Agentliyinin rəhbərliyi barədə maraqlı iddia irəli sürüb. DİA.AZ xəbər verir ki, o, bu barədə sosoal media hesabında yazıb. İSBAM sədri bildirir: "QHT Agentliyi ilə bağlı uzun müddətdir səngiməyən qalmaqallara hər kəs bir cür rəng verməyə çalışır. Amma işin əsli hamımıza məlumdur, nəyin bahasına olursa olsun özlərinin vəzifəyə təyin etdiyi adamları qorumaq, onların korrupsiya əməllərinin ifşa olunmasının qarşısını almaq və Agentliyin guya hansısa işlər gördüyünü imitasiya etmək lazımdır. Mən əvvəllər də bir sıra təkliflərlə çıxış etmişəm. Bu gün bu məsələlərlə bağlı bir təklif də səsləndirmək istəyirəm . Yəqin ki, mənim statuslarımı skrin edib toplayanlar bunu dərhal çatdırarlar. Onsuz da QHT Agentliyi özünü həqiqətən doğrultmadı və nə qədər media tapşırığı ilə təriflənsə də xeyri yoxdur. Ən yaxşısı bu qurumun bazasında 2 təsisat formalaşdırmaq olar. Birincisi qrantların ayrılmasına qərar verən təsisat, ikincisi isə bu layihələrin icrasını motironq edən və onlardan hesabat qəbul edən təsisat. Qrantların Ayrılması üzrə Dövlət Komissiyası və ya başqa ad altında bir qurum yaradıla, burada aidiyyəti qurumların nümayəndələri təmsil oluna bilər. Onlar yalnız qrant siyasətinin formalaşdırılmasına və qrantların ayrılmasına cavabdeh ola bilər. Digər qurum isə Qrantların Monitorinqi və Hesabatlılığı Mərkəzi adı altında fəaliyyət göstərə bilər ki, bu da layihələrin keyfiyyətli icrasına kömək edəcək. Hazırda QHT Agentliyinin layihələrinin icrasına nəzarət edən yoxdur, kim nə istəyir onu edir. Əksər QHT-lər peçatlı bir kağız parçasını rayonlarda aidiyyəti olmayan adamlara paylayıb foto çəkdirməklə məşğuldurlar. Bu təşəbbüs ilk növbədə şəffaflığın təmin olunması, dövlət büdcəsi hesabına ayrılan qrantların göyə sovrulmasının qarşısını almaq üçündür. Dövlət başçısı bu qədər vəsaiti ayırmır ki, kimlərsə bununla Sea Breazde ev alsın, bina tikintisi ilə məşğul olsun, xaricidə övladlarını oxutdursun. Ola bilər ki, bu təkliflər tam formalaşdırılmamış olsun, amma bunu bir dəyirmi masada müzakirə etmək olar". Geri qayıt |