Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Heydər Əsədov İsmət Abbasovun daha bir yeyinti sahəsini ifşa edib

Heydər Əsədov İsmət Abbasovun daha bir yeyinti sahəsini ifşa edib


18-02-2014, 12:13
Heydər Əsədov İsmət Abbasovun daha bir yeyinti sahəsini ifşa edib
DİA.AZ: - Son günlər kənd təsərrüfatı naziri Heydər Əsədovun keçmiş nazir, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasova qarşı ciddi hərəkətlənməsi müşahidə olunur. Bunun da nəticəsidir ki, artıq hələ də Heydər Əsədovun nəzarətində qalan Hesablama Palatasından KTN-nin İsmət Abbasova sədaqətini qorumaqda israr nümayiş etdirən strikturlarına qarşı bir silah kimi istifadə olunmaqdadır.

DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu yöndə “inamla irəliləyən” Heydər Əsədov sabiq nazirə aid daha bir gəlir sahəsini hədəfə alıb. Söhbət "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin “biznes fəaliyyətindən” gedir. Xatırladaq ki, sözügedən qurumun xaricdən gətirdiyi və meyvə-tərəvəzlərin, heyvandarlıq və quşçuluq məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuduclarla bağlı problem xeyli əvvəlindən yaranmışdı. Belə ki, Baha qiymətə “aformit” olunan həmin soyuducuların alıcısı yox idi. Bununla bağlı Heydər Əsədovun ciddi araşdırma apartdırdığını bildirən mənbə ortaya ilginc faktların çıxdığını iddia edir.

Onun iddiasına görə, həmin soyuducular istehsal olunduğu ölkədən yetərincə ucuz qiymətə alınsa da, burada yerli sahibkarlara baha qiymətə satılıb: "Sahibkarlar da bu durumdan xəbərdar olduqları üçün ilk başdan həmin soyuducuları almağa maraq göstərməyiblər. Amma sonradan İsmət Abbasovun rəıhbərliyi dövründə nazirlik təzyiq edir və ucuz alınan soyuducular baha qiymətə satılır. İndi isə bu fakt aşkara çıxıb".

Heydər Əsədov İsmət Abbasovun daha bir yeyinti sahəsini ifşa edib

Onu da bildirək ki, həmin ərəfədə yerli telekanalların birində bu soyuducu ilə bağlı şou da göstərilmişdi. Guya ki, rayon sahibkarlarından biri birbaşa olaraq nazirlikdə 10 min manat ödəyərək güzəştli kreditlə həmin soyuducuya sahib olur. Belə aydın olurdu ki, soyuducu sahibkarlara GÜZƏŞTLƏ 100 min manata satılır. Halbuki həmin soyuducuların məsələn, qonşu Gürcüstanda 70 min ABŞ dollarına gürcü sahibkarlara təklif edilməsi faktı mövcuddur.

Mənbə iddia edir ki, Heydər Əsədov əldə olunan faktların gərəkən qurumlara təqdim olunması üçün də göstəriş verib.

Mövzu ilə bağlı yazıda adları hallandırılan tərəfləri də dinləməyə hazırıq.

Geri qayıt