Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Naxçıvan səhiyyəsi: `CANİŞİN` `XAN`dan fərqli NƏ ETDİ Kİ?

Naxçıvan səhiyyəsi: `CANİŞİN` `XAN`dan fərqli NƏ ETDİ Kİ?


12-10-2023, 11:49
Naxçıvan səhiyyəsi: `CANİŞİN` `XAN`dan fərqli NƏ ETDİ Kİ?
DİA.AZ: - Məlum olduğu kimi, Naxçıvan Respublika xəstəxanasında düzgün müalicə olunmaması səbəbindən bir nəfər ölüb. DİA.AZ bildirir ki, dünyasını dəyişən xəstə ürək xəstəsi imiş. Belə anlaşılır ki, onu xərçəng xəstəsi kimi “müalicə” ediblər.

Mərhumun valideynləri hesab edirlər ki, övladları xərçəngin yox, pulsuzluğun qurbanı olublar. Yəni xəstəxana rəhbərliyinə rüşvət vermədiklərinə görə ona baxmayıblar və nəticədə övladları dünyasını dəyişib.

Kim haqlıdır? Təbii ki, buna Naxçıvan Prokurorluğu aydınlıq gətirəcək. DİA.AZ bildirir ki, bu olaya reaksiya verən tanınmış jurnalist Heydər Oğuz problemin kökünün nədə olduğuna aydınlıq gəirib.

Heydər Oğuz bildirib: "Qeyd edim ki, “canişin” həzrətlərinin misli görünməmiş tibbi islahatları sayəsində Naxçıvan MR Mərkəzi xəstəxanasının zəhmindən tibb bacıları ürkən baş həkimi Zəbur müəllim işdən çıxarılmış, yerinə attestatsiya imtahanlarında 60 keçid balından 11 bal toplayaraq, el arasında dünyanın “ən savadlı həkimi” ünvanına layiq görülən Ramazan müəllim gətirilmişdi. Bununla kifayətlənməyən “canişin” rejimi xan dövrü Naxçıvanında az-çox savadlı kadr tərəfindən idarə olunan Kardiologiya Mərkəzini də Ramazan həkimin nəzarətinə vermişdi. Səbəbini nə ilə izah etsələr yaxşıdır? – Açıq ürək əməliyyatını təkmilləşdirmək məqsədi ilə.

Budur, 11 ballıq Ramazan həkimin əl işi indi Naxçıvan MR Prokurorluğunun araşdırma mövzusuna çevrilib. Təbii ki, “xan”ın atasına rəhmət oxutduran “canişin” cənablarının islahatları sayəsində..."

Məsələ diqqəttimizdədir. Bütün əlaqədar qurum və şəxsləri də dia-az.life olaraq dinləməyə hazırıq...

Geri qayıt