Əsas Səhifə > Güney Press, Reklam, Üst manşet > 'Azercell'dən müştərisinə BALANS TƏLƏSİ
'Azercell'dən müştərisinə BALANS TƏLƏSİ15-10-2023, 09:07 |
DİA.AZ: - Özünü "ölkənin ən böyük mobil operatoru" deyib hər addımda öyən, realda isə abunəçilərinə ən cılız maraqlar səbəbindən problemlər yaradan 'Azercell'in öz müştərilərinə çilə yaşatması davam edir. DİA.AZ olaraq aşağıda təqdim edəcəyimiz fakt növbəti vətəndaş gileyidir. Beləliklə, Amid Nəsibov adlı istifadəçi "Şikayətim var" sosial qrupundakı paylaşımında yazır: "Şikayətim "Azercell"dəndir. İnternet paketimin müddətinə bir gün qalmış paketimi bağlayıblar. Başlayıblar balansımda olan məbləğdən danışıqlarımı çıxmağa..." DİA.AZ bildirir ki, narazı vətəndaş sözügedən mobil operatorun texniki xidməti ilə olan danışığını da təqdim edib.... Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |