Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yanukoviçə Bakıda da etiraz edəcəklər - Gənclər Ukrayna səfirliyi önündə aksiya qərarı verdi

Yanukoviçə Bakıda da etiraz edəcəklər - Gənclər Ukrayna səfirliyi önündə aksiya qərarı verdi


19-02-2014, 09:29
Yanukoviçə Bakıda da etiraz edəcəklər - Gənclər Ukrayna səfirliyi önündə aksiya qərarı verdi
DİA.AZ: - Ukraynada artıq qan tökülməkdədir. Bu isə Ukraynada üz-üzə gələn Avropa və Rusiyanın öz maraqlarının müdafiəsində nə qədər israrlı olduqlarının təcəssümü kimi qəbul edilir. Öz maraqları naminə yalnız müsəlman ölkələrini qan-qadaya soxan Qərb ilk dəfədir ki, xaçlı bir ölkədə insanların ölümünə fətva verir.

Bildirək ki, bu hadisə keçmiş sovet məkanında ciddiyyətlə və diqqətlə izlənilməkdədir. Eləcə də Azərbaycanda.

DİA.AZ bildirir ki, artıq bir qrup gənclər təşkilatları Ukraynada baş verən insan ölümlərinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında Yanukoviç hökuməti əleyhinə etiraz aksiyası keçirəcəyini bəyanlayıb. Azad Fikirli Gənclər Ocağı (AFGO) adından «Facebook»da yayılan bəyanatda bildirilir ki, Azərbaycan gəncləri Rusiya asılılığından yaxa qurtarmağa çalışan Ukrayna xalqının mübarizəsini dəstəkləyir:

«Yanukoviç qan tökməyi durdurmalıdır. Bunun üçün isə yeganə çıxış yolu onun istefasıdır».

Bildirək ki, aksiyanın saatı barədə dəqiq məlumat verilməsə də, gənclərin Ukrayna səfirliyi önünə sabah yığışacağı gözlənilir. Konkret vaxtın isə bu gün bəlli olacağı deyilir.

Geri qayıt