Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR?

Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR?


18-10-2023, 13:01
Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR?
15 iyun 2023-cü il tarixində Yevlaxda güclü külək nəticəsində yaşayış binalarının dam örtüyü uçub. Şəhərin Qamboy Quliyev küçəsi, bina 7A, mənzil 44 və Qarxunlu Əşrəfbəy küçəsi, bina 9-da yaşayanlar hələ də binanın dam örtüyünün bərpa olunmamasından şikayətçidirlər.
DİA.AZ bildirir ki, məsələ ilə bağlı Yeniavaz.com-a müraciət edən sakinlərin sözlərinə görə, dam örtüyünün yararsız hala düşməsindən sonra yağış evin içinə yağır.
Sakinlər bildiriblər ki, dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, problem həll olunmayıb.
Sakinlərdən Könül Hüseynova saytımıza şikayətində bildirib ki, iyun ayında təbii fəlakətdən sonra dam örtüyü uçub, ancaq bu günə kimi məsələyə baxılmayıb:
“Dəfələrlə İcra Hakimiyyıtində olmuşuq, evlər idarəsində olmuşuq, Fövqəladə Hallar Nazirliyi ilə mütəmadi əlaqə saxlamışıq. Bizə sentyabrın axırı düzələcəyini dedilər, ancaq düzəlmədi. Sentyabrın 15-də baxılacaq dedilər, baxılmadı. Oktyabr gəldi, yağışlar başladı. Yağan yağışlar evin içinə yağır. Mən bilmirəm dərdimi kimə deyim. İcra Hakimiyyətində olmuşuq, deyirlər düzəcələk, amma nə vaxt düzələcək demirlər. Bizim evlərimiz də pis vəziyyətə qalır.
İcra Hakimiyyətində iki dəfə birinci müavin Xaliq Əliyevlə görüşmüşük, sonra icra başçısı Anar müəllimlə (Anar Tağıyev – red.) görüşmüşük. Görüşdük ki, qoy özü bizə desin, bu nə vaxt düzələcək. Axırıncı dəfə görüşəndə dedi ki, baxılacaq, bizim səlahiyyətimizdə deyil, Fövqəladə Hallar Nazirliyi etməlidir. Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq, dedilər ki, onların səlahiyyətində deyil, İcra Hakimiyyəti etməlidir. Hərə bir-birinin üstünə atır, biz də qalmışıq ortada.
112-yə müraciət etmişəm. Onlar da dedilər ki, bizim bina ilə bağlı məlumatları var. Dedilər ki, problem tək bizdə deyil, Yevlaxda bir neçə bina var ki, damı o vəziyyətdədir. Məsələ ilə bağlı tədbir görülüb, İcra Hakimiyyətinə göndərilib. Amma heç bir tədbir görülmür. Hava da buludlu, yağışlı, heç cür mümkün deyil”.
Məsələ ilə bağlı Yevlax Şəhər İcra Hakimiyytinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədovla da əlaqə saxladıq.
H. Əhmədov Yeniavaz.com-a açıqlamasında bildirdi ki, hadisə iyun ayının 15-də baş verib. Güclü külək nəticəsində, hansı ki, küləyin sürəti 30 metrdən çox olub, Yevlaxda 4 binanın dam örtüyünü külək yararsız hala salıb:
“Burada söhbət ikimərtəbəli, beşmərəbəli ictimai binalardan gedir. Bu barədə mərkəzi icra orqanlarından tutmuş, bütün müvafiq orqanların hamısına məlumat verilib. Yaxın günlərdə, ola bilər ki, bu həftə ərzində, ola bilər ki, gələn həftə ərzində işlər başlayacaq və bütün o binaların üstü tam təmir ediləcək.
Yəni, o barədə bizim məlumatımız var, dəfələrlə vətəndaşlar bura da gəliblər. Biz vətəndaşlara da bildirmişik ki, bu barədə o işlə məşğul olan bütün qurumlara məlumat verilib.
Müvafiq qurumlar gəlib reyd keçiriblər, binaların hamısına baxıblar. Bəlkə də, bu gün, bəlkə də sabah, bir sözlə, yaxın günlərdə işə başlanacaq”.

Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR?
Yevlaxın icra başçısı NƏ İŞƏ YARAYIR?

Geri qayıt