Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Mənə sosial müavinət düşür, qeyri-qanuni düzəltmirəm ki, kiməsə pul verim"

"Mənə sosial müavinət düşür, qeyri-qanuni düzəltmirəm ki, kiməsə pul verim"


26-10-2023, 16:32
"Mənə sosial müavinət düşür, qeyri-qanuni düzəltmirəm ki, kiməsə pul verim"
DİA.AZ bildirir ki, Şirvan şəhərindəki məcburi köçkün qəsəbəsini sakini Məmmədov Vüsal Famil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, 3-4 aydır sosial yardım üçün müraciət edib, lakin onun pulu verilmir:
"Mən, Məmmədov Vüsal Famil oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Kasıb ailəyəm, iş yerim var, sosial müavinət üçün bütün sənədlərim tam qaydasında olub, təhvil vermişəm, lakin 3-4 aydır sənədimi vermirlər ki, pulumu alım.

Mənim ehtiyacım var ki, müraciət etmişəm. Mənə sosial müavinət düşür, qeyri-qanuni düzəltmirəm ki, kiməsə pul verim".
Müraciətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Saytımıza bildirdilər ki, məsələ araşdırılıb, məlumat veriləcək.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də olduğu kimi təqdim edirik:






Geri qayıt