Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”

“Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”


4-11-2023, 16:16
“Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”
DİA.AZ bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsinin sakini Nəcəfov Yalçın Mehbalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, "insult" keçirib və müalicəsi yoxdur, amma sosial yardım ala bilmir:

"Diqqətinizə çatdırım ki, mən iki il bundan qabaq ağır "insult" keçirmişəm. Bu günə kimi baxıma ehtiyacı olan xəstəyəm.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə xəstəliyimi tanımayıb, mənə imtina sənədini göndərir. Həkim sənədlərdə də təsdiq edir ki, mən ağır xəstəyəm.

Nazirlik deyən kimi müalicə olunan xəstəyəmsə onda məni müalicə edə biləcək həkim tapsınlar. Axı heç bir həkim sənədlərimə baxan kimi məni qəbul etmir.

Mənim kimi baxıma möhtac xəstələrə sosial yardım verilmir, amma məndən qat-qat sağlam, adı xəstə olanlara verilir”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın şikayətinin araşdırılacağı bildirildi.

“Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”
“Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”
“Mənim kimi baxıma möhtac xəstəyə sosial yardım verilmir, amma…”

Geri qayıt