Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > MİLYONLAR UĞRUNDA SAVAŞ GEDİR...

MİLYONLAR UĞRUNDA SAVAŞ GEDİR...


6-11-2023, 10:52
MİLYONLAR UĞRUNDA SAVAŞ GEDİR...
DİA.AZ: - "Bakıdakı parklama biznesində milyonlarla pul dövr edir. Bu səbəbdən də həmin pula nəzarət uğrunda ciddi mücadilə gedir. Uzun müddət bu sahə sabiq polis rəisi Nizami Qocayevin əlində oldu. Onu sıxışdırıb bazardan çıxarandan sonra, qanunsuz parklanmadan gələn qazanca Qarabağ veteranları və qazilər nəzarət etməyə başladı". DİA.AZ bildirir ki, bu iddiaa ilə tanınmış jurnalist Məhəmmədəli Qəribli çıxış edib.

Jurnalist daha sonra yazır: "Hazırda “Azparking” küçələri zolaqlamaqla öz dominatlığını ortaya qoyur. Bunu həm də çox ağıllı kadr siyasəti həyata keçirməklə edir. “Azparkink”in bir neçə işçisi ilı söhbət etmişəm. Böyük əksəriyyəti veteran və qazidir. Onlara yaxşı geyim veriblər. Yarım gün işləyib 700-750 manat maaş ödəyirlər.

Nəticədə, qanunsuz parklanmadan pul alan veteran və ya qazi yaranmış vəziyyətə etiraz edəndə, onların qabağına eyni statusda olan öz işçilərini çıxaracaqlar. Əslində pis sistem deyil, ancaq qiyməti çox bahadır. Burada vətəndaş məmnuniyyəti, nəqliyyatın tənzimlənməsi istəyindən daha çox böyük pullar əldə etmək niyyəti özünü göstərmiş olur".

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt