Əsas Səhifə > Güney Press, Reklam > “Azərişiq” ASC Füzuliyə köçürülən sakinlərə təkcə işıq vermir, həm də İŞ VERİR
“Azərişiq” ASC Füzuliyə köçürülən sakinlərə təkcə işıq vermir, həm də İŞ VERİR9-11-2023, 11:56 |
“Azərişiq” ASC Füzuliyə köçürülən sakinləri işlə təmin edir. Bu barədə qurumdan bildirilib: “Düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30 ildən sonra doğma sakinlər Zəngilanda, Laçında, Füzulidə yaşayır. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan işlər çərçivəsində “Azərişıq” ASC də üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Dövlət başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsi ilə rayon ərazisində lazımı bütün obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. “Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var. Məqsədimiz odur ki, xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firəvan yaşamasında "Azərişıq" olaraq bizim də payımız olsun. Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir” - məlumatda deyilir. Geri qayıt |