Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 700 manata hərbi hissəyə rəngli printer aldı, 1000 manat da borc verdi, amma…

700 manata hərbi hissəyə rəngli printer aldı, 1000 manat da borc verdi, amma…


16-11-2023, 10:14
700 manata hərbi hissəyə rəngli printer aldı, 1000 manat da borc verdi, amma…
Ehtiyatda olan hərbçi Eldəniz Mehdiyev tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Beyləqan korpusunda, N saylı hərbi hissədə xidmət edən mayor Qafarov Pərviz Eynulla oğlu ondan aldığı borcu geri qaytarmır:

“Mən, Mehdiyev Eldəniz, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Mayor Qafarov Pərviz Eynulla oğlundan borc verdiyim pulumu ala bilmirəm. O, 1 il bundan öncə məndən 1000 manat borc pul almışdı. Daha sonra məndən xahiş etdi ki, gedək sənin adına rəngli printer götürək. Rəngli printeri Gəncə şəhərində yerləşən “Kontakt Home” mağazasından götürmüşdüm. 1 ildir nə borcundan verir, nə də götürdüyü malın kreditini ödəmir.

Printeri 700 manata götürmüşdük. O, mənə cəmi 1700 manat borcludur. Hara gedirəm, deyirlər ki, “verəcək”, amma vermir.

28 il hərbidə xidmət etmişəm, amma belə insanla ilk dəfədir rastlaşıram. Müdafiə Nazirliyinin “qaynar xətti” ilə dəfələrlə danışmışam. Deyirlər ki, araşdırılacaq, amma heç bir tədbir görülmür.

Bildiyimə görə, Qafarov Pərviz təkcə mənim pulumu mənimsəməyib, mənim kimi aldanan insanlar çoxdur”.

Mənbə: “Hürriyyət” qəzeti
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt