Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ziya Məmmədov üçün çətin imtahan anı
Ziya Məmmədov üçün çətin imtahan anı21-02-2014, 15:12 |
DİA.AZ: - «Nəqliyyat naziri Ziya Məmmədov çətin durumdadır. Ona qarşı hərəkətə keçən rəqibləri son günlər NN şefinin yaratdığı situasiyadan da gen-bol yararlanırlar». Bu sözlər DİA.AZ-a hökumət içindəki mənbələrdən daxil olan informasiyada yer alıb. Məlumatı verən mənbə bildirir ki, son günlər Ziya Məmmədovun yaratdığı ajiotaj, daha doğrusu nəqliyyat sistemində ixtisara düşən işçilərin etiraz aksiyaları, habelə davamlı olaran NN müfəttişlərinin süni şəkildə problem yaratması və bu halda yeganə hədəf kimi hakimiyyətin seçilməsi heç də «yuxarıların» nəzərindən yayınmayıb: «Mətbuatjda elə bir təəssürat yaradılıb ki, sanki Ziya Məmmədov əlahiddə statusa malikdir. Onun qardaşı, oğlu bir başqa formada təqdim olunur. Sanki bu adamlar dövlətin taleyini həll edirlər. Əgər söhbət Anar Məmmədovun adı altında xərclənən pullardan gedirsə, həmin pullar elə bu dövlətin, bu millətin pullarıdır. Ziya Məmmədov həmin pulları hansısa biznesindən əldə etməyib. Yəni bu pulların xərclənməsi, Ziya Məmmədovun oğlunun adı altında Xocalı, 20 Yanvar faciələri ilə bağlı tədbirlərə milyonlarla manat sərf etməsi heç də NN şefinin sığortasına çevrilə bilməz. Bu yolla Ziya Məmmədov yalnız «obıvatel»lərin gözlərinə kül üfürə bilər». Mənbəmiz iddia edir ki, artıq NN şefinin «silisə» çəkilmə zamanı yetişib: «Hətta vəziyyəti günü-gündən gərginləşdirməsi, hakimiyyətə qarşı narazı elektorat cəbhəsini genişləndirməsi Ziya Məmmədova vəzifəsi hesabına da başa gələ bilər». Məlumatı verən qaynaq onu da əlavə edib ki, yaxın günlərdə bu məsələ ciddi müzakirə obyekti olacaq: «Dəyişiklik də baş verə bilər. Gözləyək»… Geri qayıt |