Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > "Heç kəs bu banka bel bağlamasın..."
"Heç kəs bu banka bel bağlamasın..."17-11-2023, 11:53 |
Azərbaycan Beynəlxalq Bankı onlayn kredit üçün müraciət edən müştərinin adına kredit ayırsa da, onu verməkdən imtina edib. Tribunainfo.az xəbər verir ki, müştəri İsa Bağırovun kreditlə bağlı müraciətinə müsbət cavab verilib. Ancaq o krediti bankdan ala bilməyib. Səbəb kimi isə bankda kredit üçün nəzərdə tutulmuş kartın bitməsi göstərilib. Vətəndaş krediti nağd tələb etsə də, bank bundan da imtina edib: “Azərbaycan Beynəlxalq Banka kredit üçün online müraciət etdim, filial seçdim, rezervasiya kodu gəldi. Zəng edib dedilər ki, kreditinizi gəlib götürə bilərsiz. İşdən icazə alıb banka getdim. Bankda absurd situasiya ilə qarşılaşdım. Belə ki, krediti əldə etmek üçün kart açılmalıdır (halbuki “TamKart” varımdır) və bu açılacaq kart filialda bitib, yoxdur dedilər. Məbləğ elə böyük məbləğ deyildi, kassada nağd verilə bilərdi. Bir neçə ay öncə kredit əldə etdikdə kassadan nağd verilmişdi. Nağd tələb etdim, onu da vermədilər. Əməkdaşa bildirdim ki, filialdan mənə bildirildi ki, kreditim hazırdı və gəlib götürə bilərəm. Ona görə də işdən icazə alıb gəlmişəm. Hələ soruşdum ki, heç cür əldə edə bilmərəm? Cavab verdilər ki, xeyir. Mən də kreditdən imtina etdim. Deyəcəyim odur ki, heç kəs mənim kimi səhv edib bu banka bel bağlamasın”. Mənbə: Tribunainfo.az Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu) Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır... Geri qayıt |