Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > “Azərbaycan Dəmir Yolları”nın ŞÜBHƏLİ TENDER ORTAĞI

“Azərbaycan Dəmir Yolları”nın ŞÜBHƏLİ TENDER ORTAĞI


17-11-2023, 12:35
“Azərbaycan Dəmir Yolları”nın ŞÜBHƏLİ TENDER ORTAĞI
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) informasiya-kommunakisya texnologiyaları (İKT) avadanlıqlarının lisenziyalarını yeniləyir.
Reportyor.info xəbər verir ki, QSC bununla bağlı elan etdyi tenderə yekun vurub.
Satınalma müsabiqəsinin qalibi “İsoft” MMC seçilib.
Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 937 335,36 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “İsoft” MMC 19 iyun 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, ev 4B, mənzil 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi İsmayılov Natiq Əlövsət oğludur.
Açıq mənbələrdə “İsoft” MMC haqqında heç bir məlumat yoxdur.
Araşdırmalarımız zamanı məlum olub ki, adı heç bir yerdə olmayan, hətta saytı və əlaqə telefonları olmayan bu şirkət tenderlərdə fəal iştirak edir.

Maraqlıdır ki, “İsoft” MMC İKT sahəsində fəaliyyət göstərsə də, 15 il ərzində özünə bir sayt qura bilməyib. Hər halda bu tip şirkətlər veb-səhifə yaratmaqda maraqlı olmalıdırlar. Bu, ən azı göstərdiyi xidmətlər haqqında müştərilərin rahat məlumat əldə etməsi üçün lazımdır.
MMC-nin adına “Facebook” səhifəsi var ki, onu da cəmi 206 nəfər bəyənib. Əgər bu doğrudan da şirkətin səhifəsidirsə, o zaman bəyənmə sayı “İsoft”un ciddiyyətinə kölgə salır. Ya da belə qənaət formalaşır ki, bu şirkət sadəcə tender oyunlarında iştirak üçün yaradılıb.
“Azərbaycan Dəmir Yolları” QSC dövlət qurumudur. Dövlət qurumları keçirdikləri satınalma müsabiqələrində əlbəttə ki, maddi-texniki bazası güclü və fəaliyyət göstərdiyi sahədə kifayət qədər ciddiyyəti olan şirkətlərin qalib gəlməsində maraqlı olmalıdır. Ən azı layihənin icrasında heç bir problemlə üzləşməmək üçün.
Amma nədənsə QSC 900 minlik tenderi “İsoft” MMC haqqında hər hansı məlumat olmayan şirkətə verib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib.


Mənbə: Reportyor.info
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt